«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Ərik mürəbbəsinin hazırlanması

Tərkibi:


1 kq ərik
1-1,2 kq şəkər tozu

Hazırlanması:

Bərk əriyi yuyub qurudun. Dənəsini çıxarın. Bunu ya karandaşın köməyilə edin. Ya da yarıya bölüb çıxarın.


Şəkər tozunu qazana töküb azca su əlavə edin. Vam odün üstünə qoyun.

Şərbət hazır olanadək ərikləri sterilizə olunmuş bankalara (0,5 litrlik) sıx-sıx yığın. Şərbət qaynayanda onu bankadakı əriklərin üstünə tökün. Bankaların qapaqlarını ağzına qoyub içindəkinin soyumasını gözləyin.


Soyuduqdan sonra şərbəti yenidən qazana töküb qaynara düşəndə götürün, bankadakı əriklərin üstünə tökün. Soyudun. Proseduru 4 dəfə təkrar edin. Sonra isə isti-isti qapağını bağlayın. Üstünü dəsmalla hər tərəfdən bağlayın (tam soyuyanadək).


Ərik mürəbbəsinin hazırlanması

 


Hər dəfə bankalara şərbət tökdükcə əriyin öz şirəsi də çıxacaq və beləliklə şərbətin qədəri artacaq. Bunu ayrıca qaba yığıb piroq, tort bişirərkən istifadə edə bilərsiniz.

Yaxud da axırıncı dəfə şərbəti bir az çox qaynada bilərsiniz. Bu zaman mürəbbənin suyu bir az qatı olacaq.


Nuş olsun! 
 
Sirliqadın.az

loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: