«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Dondurma peçenye


Tərkibi:


150 qr. kərə yağı
1 çay stəkanı duru yağ
1 ədəd yumurta
1 su stəkanı pudra şəkəri
2.5 su stəkanına yaxın un
 1 su stəkanı buğda nişastası
1 paket vanil
2 çay qaşığı qabartma tozu
1 çay stəkanı damla şokolad


 

Hazırlanması:


 Kərə yağımız otaq istiliyində olacaq, üzərinə 1.5 stəkan un əlavə edib  gözəlcə yoğurun. Duru yağı, yumurtanı, pudra şəkərini və nişastanı əlavə edib qarışdırın.
Qabartma tozu, vanil, qalan yarım stəkan unu da əlavə edib qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun. Ən Son olaraq damla şokoladı da əlavə edib yoğurun. (Xəmir çox yumşaq olsa yayılır. Un az gələcək olursa bir az daha əlavə edə bilərsiniz)
Xəmirdən dondurma   qaşığıyla alın, basın və şəkil verin.

 

 

Dondurma peçenye

 


 


Yağlanmamış nimçəyə başqa bir qaşıq köməyiylə peçenyeləri düzün.

 

Dondurma peçenye

 



170 dərəcədə öncədən isidilmiş sobaya peçenyeləri qoyub, xəmir qabarmağa başladığı zaman, istiliyi 140 -a salın. Qızarmasını gözləməyin ki, forması müəyyən olsun.

Nuş olsun!
 

Sirliqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: