«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Kakaolu cupcake

 

Kakaolu cupcake

 

 

 

 

 

Tərkibi:

 

2 ədəd yumurta

1 stəkan şəkər tozu

1/2 stəkan bitki yağı 

1/2 stəkan süd

1,5 stəkan un 

 

 

3 xörək qaşığı kakao

1 ədəd rəndələnmiş limon qabığı

1 paket vanil

1 paket qabartma tozu

 

 

 

Kremi üçün:

 

 

 

1 stəkan qaymaq

1 paket krem şanti tozu

90 qram bitter şokolad

4 xörək qaşığı şəkər kirşanı


 

Hazırlanma qaydası:

 

Kremi hazırlamaq üçün ilk öncə kiçik bir qazanda qaymağı zəif odda ilıdın. İlınan qaymağı ocaqdan götürün. Xırdaladığınız bitter şokoladı qaymağa əlavə edin və yaxşıca qarışdırın ki, şokolad ərisin. Şokoladlı qarışığa krem şanti tozunu və şəkər kirşanı əlavə edin. Mikserin yüksək sürətiylə qarışığı çırpın. Çırpıdığınız krem qarışığını soyuducuda 1 saat soyudun.
 
 

Bir qabda yumurtaları və şəkər tozunu mikserlə çırpın. Üzərinə bitki yağı, süd, vanil və rəndələnmiş limon qabığını da əlavə edib çırpımağa davam edin. Kakao, ələnmiş un və qabartma tozu əlavə etdikdən sonra qarışığı taxta bir qaşıq köməyiylə sürətli qarışdırın. İçlərinə kağızlar yerləşdirdiyiniz muffin qəliblərinə hazırladığınız kapkeyk(cupcake) kütləsini 3 xörək qaşığı qədər doldurun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxardığınız kapkeykləri otaq temperaturunda 5 dəqiqə gözlədin. Kremi sıxma torbasına töküb arzu etdiyiniz uc hissəsindən istifadə edərək kapkeyklərin üzərini krem ilə örtün. Rəngli şəkərlər və ya şokolad parçaları ilə bəzəyib süfrəyə verə bilərsiniz.
 
 

 

Nuş olsun!

 

Sirliqadın.az


loading...




Reytinq: +2
Teqlər: kakao
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: