«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Üç ərzaqla "Balerina" tortu

 Ərzaqlar:

 

1 paket sadə krem şanti
1 su stəkanı soyuq süd
1 paket kakaolu  peçenye


 Hazırlanması:

 

Üç ərzaqla "Balerina" tortu

 

İlk olaraq krem şanti ilə soyuq süd mikser köməyilə tündləşənə qədər çalınır.
Kakaolu peçenye üzərinə bir az krem şanti sürtülüb yayılır.


Başqa bir peçenye ilə üzəri bağlanılıb uzun bir servis qabına dik olaraq yerləşdirilir.
Təkrar peçenye üzərinə krem şanti sürtülüb qaba yerləşdirilmiş olan peçenyelərə yapışdırılararaq düzülür.
Peçenyelər bitənə qədər eyni əməliyyat təkrarlanır.

 

loading...


 Peçenyelər bitdikdən sonra, qalan krem şanti ilə tortun üzəri gözəlcə suvanır.
Üzəri arzu edildiyi şəkildə bəzənir.
Hazırlanan balerina tortu soyuması və dinlənməsi  üçün soyuducuya qoyulur.

 

Üç ərzaqla "Balerina" tortu

 



3 - 4 saat qədər dinləndikdən sonra  çıxardılır və kənardan  başlanaraq çəp şəkildə dilimlənib servisə təqdim edilir.


Qeyd: Tortu hər dilimlədiyinizdə bıçağı təmizləsəniz daha gözəl və təmiz bir görünüş əldə edərsiniz.
Mən üzərinə hindistan qozu və kakaonu qarışdırıb sərpdim. Daha sonra da şokolad sousu sıxdım.
Siz Arzu etdiyiniz şəkildə bəzəyə bilərsiniz. Üzərinə meyvə dilimləri, şokolad sousu, damla şokolad,fındıq, fıstıq, qısacası hər şey çox yaraşır.


 Peçenyelərin yumşalmasından narahat olmayın, krem şanti kifayət qədər yumşaldır. Südlə islatmağı sınamamağınızı tövsiyə edərəm,yoxsa peçenyelər çox yumşalacaq.



Nuş olsun!

Resept Sirliqadin.az-a məxsusdur!


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: