«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

İslim kababı

Vəsaitlər

4-5 ədəd badımcan
500 qr qıyma
1 yumurta
1 soğan
1 armudu stəkan çörək qırıntısı
Kimyon, qara bibər, duz
Varsa bir tutam cəfəri
Qızartmaq üçün duru yağ


Üzərləri üçün

 

 


Pomidor və bibər

Sous üçün;


1 yemək qaşığı pomidor sousu
2  stəkan qədər suyla sulandırılır

Hazırlanması:

 

İslim kababı

 


Küftə üçün qıyma, rəndələnmiş soğan, yumurta, çörək qırığı, duz, qara bibər və kimyonu bir  qaba qoyub yoğurun.


Bildiyimiz üsul küftəyə yumru yastı şəkil verin.
Badımcanları soyub nə incə, nə qalın olacaq şəkildə uzunlamasına dilimləyin. (1 badımcandan 4 dilim oldu məndə)


Badımcanları duzlu suya qoyub 20 dəq. gözləyin. Sularını süzüb qurudun.
Badımcanları duru yağda qızardın. Qalan duru yağda küftələri də tam bişirmədən qızardın.
2 dilim badımcanı (+ ) işarə formasında  qoyun.
Üzərinə küftə qoyub boxça kimi sarın və üzərlərinə bir parça pomidor və bibər yerləşdirin.
Dişqurdalayanla sabitləyin. Sous üçün su, sous və duzu qarışdırıb küftələrin olduğu soba nimçəsinə tökün.Nimçəni sobaya verib 190 dərəcədə 20-25 dk bişirin.

 

Nuş olsun!

 
Sirliqadın.az

loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: