«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Oma(Şirin çörək)

 Bayram günlərində bişirilən çörək növlərindən biri də Şirin çörəkdir. Bu çörək günün istənilən vaxtı hər kəsin məmnuniyyətlə yediyi şirniyyatdır.
 
 

Tərkibi:


20 q maya
500 ml qızdırılmış süd
1 yumurta
1 ç.q. sarıkök
250 q şəkər tozu
200 q yağ (marqarin)
750 q + 10-12 x.q. un
duz


Hazırlanması:

loading...

Mayanı süddə qarışdırın, duz, 1 x.q. şəkər tozu, sarıkök, 10-12 x.q. un əlavə edin və bunları qarışdırın. Kütlə çox duru olmamalıdır. Gəlməsi üçün isti yerə qoyun. Mayalanmış xəmir qalxmalıdır. Bir necə dəfə kütləni qarışdırın.

 

Yağı əridin. Bir qaba unun yarısını və şəkəri tökün, mayalanmış xəmiri, yağı, yumurtanı əlavə edib bərk olmayan xəmir yoğurun, az-az un əlavə edin. Hazır xəmir bərk olmamalıdır, bir qədər ələ yapışmalıdır. Qabın üstünə dəsmal atıb isti yerə qoyun. İmkan verin, xəmir qalxsın. 1,5 saat saxlayın, amma xəmiri bir neçə dəfə yoğurun. 

 

Oma(Şirin çörək)

 


Hazır xəmiri 4 hissəyə bölüb, kündələri 2 sm qalınlığında yayın. Kökələrin üstünə yaş cuna, ya da dəsmal örtüb 1 saatlıq yana qoyun. 1 saatdan sonra kökənin üstünə çalınmiş yumurta çəkib, çəngəlin əks tərəfiylə zolaqlar çəkin.

 

200 dərəcə qızdırılmış sobaya qoyun. 5 dəqiqə sonra çörəyi sobadan çıxarıb yenə üstünə yumurta sürtüb, çəngəllə zolaqlar çəkib, üstünə xaşxaş, ya küncüt səpib bişirməyə davam edin. Şirin çörək 20-30 dəqiqəyə bişir.

 

 

 

Oma(Şirin çörək)

 

Oma(Şirin çörək)

 

Oma(Şirin çörək)

 


 


 

 
Nuş olsun!
 
Sirliqadın.az

loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: