«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Səbzi qovurma resepti

Tərkibi:
Mal əti,
2 st. uzun düyü,
4-5 ədəd baş soğan,
1 dəstə keşniş,
1 dəstə şüyüd,
1 dəstə cəfəri,
1 dəstə ispanaq,
2 dəstə turşəng(quzuqulağı),
2 dəstə kəvər,
3-4 ədəd göy soğan,
nar,
duz, istiot, sarıkök,
yağ

Səbzi qovurma resepti

 


Hazırlanması:

loading...

Əvvəlcə mal ətini doğrayıb, 1 baş soğanla birlikdə suda qaynadırıq. *Qeyd. Əti 1 saat əvvəldən soyuq suda saxlamaq və ya 1 buğum qaynatdıqdan sonra ətin kəfini təmizləyib, yenidən təmiz suda qaynatmaq məsləhət görülür.


Qalan soğanları nazik yarım halqalar şəklində kəsib, üzərinə duz, sarıkök əlavə edərək yağda qovururuq. Soğanın rəngi biraz dəyişdikdən sonra bişmiş ətləri əlavə edirik. Ardınca doğranmış göyərtiləri töküb, 3-4 dəqiqə birlikdə qovururuq. Son olaraq nar əlavə edirik.
Plov üçün düyünü əvvəlcədən isladıb, 3-4 saat suda saxlayırıq. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük. Qazana töküb, üzərində yağ gəzdiririk və dəmə qoyuruq. Servis edən zaman plovun üzərinə hazırladığımız səbzidən qoyub süfrəyə veririk.

Nuş olsun!

Sirliqadın.az

loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: