«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

"Batata-maxşi" – Resept

 
Batata-maxşi – Resept
İçi doldurulmuş kartof reseptini təqddim edirik...

Tərkibi:
2 kq kartof
400 q qarışıq qiymə (mal, qoyun)
200 q soğan
3 diş sarımsaq
3 x.q. sidr qozası
400 q tomat püresi (konserv)
1 x.q. tomat pastası
30 q keşniş toxumu
20 q reyhan yarpağı
10 q nanə yarpağı
3-3.5 st. su
bitki yağı
0,5 ç.q. sarıkök

İç üçün ədviyyat:
1 ç.q. qırmızı istiot
1 ç.q. sarıkök
1 ç.q. Yamayka istiotu və ya qara istiot
1/4 ç.q. muskat cevizi
duz
 
Hazırlanması:
Çox iri olmayan, təxminən yumurta boyda kartoflar götürün. Uzun tərəfinin birini hamar kəsin (kartof "otursun” deyə), yuxarısından başlayaraq isə xüsusi bıçaqla içini oyub çıxarın (dibini saxlayın). Təmizləyin, yuyub kağız salfetlə qurulayın.

Fritür qabında yağı qızdırın, kartofu qızardın (bişirmək vacib deyil, əsas odur, üstü qızarsın). Kağız salfetlərin üstünə düzüb yağını çəkməsini gözləyin.

2 x.q. bitki yağını tavada qızdırın. Soğanı təmizləyib xırda doğrayın, bu yağda qovurun, qiymə və ədviyyat əlavə edib taxta qaşıqla qarışdıraraq təxminən 1 dəqiqə qovurun, duz vurun. Sidr qozalarını vurub qarışdırın. Kartofların içini doldurun.

Blenderə tomat püresi, tomat pastası, sarımsaq, keşniş toxumu, reyhan, nanə, sarıkök və su töküb çalın.

Qazana töküb ocağın üstünə qoyun, qaynara düşəndə duz vurun. Başqa qazana içi doldurulmuş kartofu səliqə ilə yığın, sousu üzərinə gəzdirin. Qaynara düşəndə ocağı azaldın, qazanın qapağını örtüb 15 dəqiqə bişirin.

Süfrəyə qatıqla verə bilərsiniz.
 
Nuş olsun!

xoshbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: