«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Badımcan ləvəngisi



Dondurucuda hazır ləvəngim vardı, düşündüm ki, bir dəfə də badımcan ləvəngisi edim. İlk dəfə etməyimə baxmayaraq daha asan yollardan getməyə çalışdım. Bunları aşağıda açıqlayacam.
Badımcan ləvəngisinə gəldikdə bunu toyuq ləvəngisi qədər bəyənmədim. Məncə, badımcan pomidorla daha gözəl tamamlanır, ona dad verən pomidordu deyə badımcanı bu şəkildə çox da sevmədim.

loading...


Tərkibi:
6-7 ədəd balaca badımcan
2-3 ədəd soğan
200 qr qoz
3-4 xörək qaşığı alça turşusu
Duz, istiot
Qızartmaq üçün yağ

Hazırlanması:
Baxdığım videolara əsasən əksəriyyət badımcanı pörtlədir, amma mən pörtlətmədim, onu yumşalana qədər əlimin içi ilə masaj etdim. Sonra ortasından bıçaqla kəsdim, toxumlarını çıxartdım, duzladım və süzgəcə yığıb üzərinə ağır bir daş qoydum ki, badımcanların suyu çıxsın.
Acı suyunu buraxmış badımcanları yağda qızartdım. Reseptdə əksəriyyət ləvəngini badımcanın içərisinə yığıb qızardırdılar, amma belə olan halda ləvəngi dağıla bilərdi deyə mən ləvəngini doldurmamış badımcanları qızartdım.
Ləvəngi üçün qoz çəkilir, amma mən çəkmirəm ki, qoz azacıq diri qalsın. Ətdöyənlə qozu döyürəm 
Soğanı ətçəkən maşından və ya rəndədən keçirib suyunu sıxırıq. Arzu edənlər birbaşa qoza qatır, bu hissə mübahisəli olsa da, mən azacıq kərə yağında soğanı 2-3 dəqiqə qovururam ki, ləvəngidən çiy soğan dadı gəlməsin, çünki yoldaşım yeməkdə soğan sevmir. Ona görə soğanı gözəgörünməz edirəm 
Soğana qoz və alça turşusu qatıb qarışdırıram və badımcanların içərisinə doldururam.
Nuş olsun! 

Nurlana Efendi
Sirliqadın.az




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: