«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Kök tortu



Uzun müddətdir ağlımda olan, amma hazırlamağa risq etmədiyim tortlardan biri olan "Kök tortu" və yaxud da "Carrot cake".
 Çox araşdırdıqdan sonra bu resept üzərində durdum. Və hazırladım. Qış tortu olsa da, qışı gözləməyə səbrim çatmadı. Şirin kök, ətirli darçın və limon qabığıyla dadlanmış biskvit, qaymaqlı pendirli krem və arasına əlavə etdiyim qovrulmuş qozla daha da mükəmməl olan tortumuzun reseptinə keçək.

Tortun ölçüsü 20 sm dm.
Stəkan ölçüsü 200 ml.

loading...


Biskvit:
4 ədəd iri yumurta
240 qram şəkər tozu
200 qram soyulub, rəndələnmiş kök
Yarım stəkandan bir barmaq yuxarı duru yağ
Yarım çay qaşığı soda
1 paket qabartma tozu
Bir çimdik darçın (zövqə görə artırıla bilər)
1 bütöv limonun qabığı
Bir çimdik duz
200 ± qram un (ilk öncə 200 qramı əlavə edin, lazım olsa bir az da əlavə edin, kökünüzün sululuğunu nəzərə alın)


Yumurta, duz və şəkər tozunu yaxşıca çalın. Ağappaq köpük kimi olana qədər. Sonra üzərinə duru yağ əlavə edib, yenə çalın. Un, qabartma tozu, darçın və sodanı ələyərək xəmirə əlavə edin, mikserlə zəif sürətlə çalın. Ən sonda kök və limon qabığını əlavə edin, yaxşıca qarışdırın. Sobanı 180°C-də isidin. Xəmiri tərəzidə ölçüb, 5 eyni hissəyə bölün və 20 sm dm ölçülü qəlibdə tək-tək bişirin. Xəmir şirin olduğu üçün tək biskvit bişirsəniz çiylik qalacaq. Hazır biskvitləri tam soyudun.


Krem:
300 ml 33%li şirin qaymaq (Petmol)
250 qram krem pendir (Almette)
Yarım banka duru olmayan qatılaşdırılmış süd (Qustiyar)
İlk öncə qaymağı krem halına gələnə qədər çalın. Pendiri əlavə edib çalmağa davam edin. Ən sonda az-az qatılaşdırılmış süd əlavə edin. Çalışın krem çox şirin olmasın. Bir daha qeyd edim ki, biskvitlər çox şirin olur. Vəssalam. Krem hazırdır.


İçi və üzəri üçün:
1,5 stəkan rəndələnmiş qoz (xırda doğranmış da olar)
Biskvitləri tək-tək kremləyib, aralarına qoz səpin. Üzərini qaymaqlı kremlə və qozla bəzədim. Çox dadlı, ətirli tortdur. Mütləq sınayın.

                                               Nuş olsun!
Aygün Məmmədsalahova Rasuli
Sirliqadın.az





Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: