«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Acika necə hazırlanır?

Ərzaqlar:

5 kq pomidor
1 kq qırmızı bibər
0,5 kq yaşıl bibər
0,5 kq acı bibər(çox acılı sevmirsinizsə az istifadə edin)
2 baş sarımsaq(15 diş)
2 dəstə cəfəri
0,5 st qarğıdalı yağı
1 x.q duz


Hazırlanması:

loading...


Əvvəlcədən bankalar və qapaqlar qaynayan suda steril edilir və qurudulur.Tərəvəzlərin hamısı yuyulub aşsüzənə yığılır ki,suyu süzülsün.

Sonra pomidorların qabığı (üzərinə qaynar su tokub 10 dəq gözlənilir ki,qabığı asan soyulsun)soyulur,özəyi kəsilir,dilimlərə bölünür ət çəkən maşından çəkilir.Bibərlər də təmizlənir maşından çəkilir.

Sarımsaq da maşından çəkilir.Əvvəlcə böyük qazana çəkilmiş pomidor və şirin və acı bibərlər əlavə olunub 30 dəq qaynadıldıqdan sonra sarımsaq,duz,yağ töküb tez-tez qarışdırılaraq suyu tam çəkilincə bişirilir.

Acika çox qaynamalıdır ki,tərkibində suyu qalmasın yoxsa qıcqırar.Tam qaynatdıqdan sonra xırda doğranmış cəfəri əlavə olunur.Acika bişməyə davam edərkən ocağı söndürmədən qaynaya-qaynaya əvvəlcədən steril olunmuş quru bankalara doldurulub ağzı möhkəm bağlanır(heç istifadə olunmamış qapaqlardan istifadə etməyə çalışın,ya da zakat edin) və tərs çevirib soyuyana kimi saxlanılır.Soyuduqdan sonra sərin yerdə qışa saxlanılır.Hazırlayacaq olanlara nuş olsun.

Mənbə:Sizin qış hazırlığınız




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: