Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Chkmeruli (Şkmeruli)-Gürcü yeməyi



Gəlin, əvvəlcə bu yeməyin tarixi barədə yazım. Deməli, bu yemək ilk dəfə Gürcüstanın Şkmeri kəndində yaranıb. Adamın birinə evinə qonaq gəlir və ev yiyəsinin toyuqdan başqa bişirəcək heç nəyi yox imiş. O da fikirləşir ki, bunu necə maraqlı təqdim edə bilərəm və bu cür yemək meydana çıxır: toyuğu qızardır, sarımsaqlı süd sousu hazırlayır və saxsı qabda toyuğu sobada bişirir. Qonaqların çox xoşuna gələn bu yemək sonradan məşhurlaşır və indi əksər gürcü restoranlarının menyusunu bəzəyir.


Tərkibi:
Toyuq
400 qr qaymaq
100 qr süd
7-8 diş sarımsaq
3-4 tel keşniş və cəfəri
1 çay qaşığı xmeli -suneli
Duz, istiot, paprika
Kərə yağı


Hazırlanması:

Toyuq döyülür və əvvəlcə duz, istiot və paprika ilə marinə olunur. Mümkünsə bir gün öncədən. Tavaya az kərə yağı qoyub toyuğun hər iki tərəfini yüksək atəşdə möhürləyirik.
Əslimdə sous üçün orijinal reseptdə süd istifadə olunsa da, mən qaymaq və süddən istifadə etdim. Qaymaq südlə açılır. Üzərinə əzilmiş sarımsaq, xmeli-suneli və xırda doğranmış keşniş, cəfəri əlavə olunub qarışdırılır. Toyuğu hissələrə ayırıb saxsı qaba yerləşdiririk və üzərinə bu sousu töküb 190 dərəcədə 20-25 dəqiqə bişiririk.
Nuş olsun!
#chkmeruli#chkmeruliqaymaqlaolmuraxı#orijinaldasüdistifadəolunur#xanımsizdüzbişirməmisiniz#özüdəbukonyakbakalıdır#şərabbakalınınayağıuzunolur#içkiharamdır#halalaharamqatmısınız#gürcümətbəxi#dünyanındüzvaxtları#yadadüşərxatirələr#heygidigünlər#qədrinibilməmişik#kosmiksəyahət#foodtravel

Nurlana Efendi
Sirliqadın.az



Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: