«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Şokoladlı tort sufle

Tərkibi:

Biskvit üçün:
2 yumurta
90 qr şəkər tozu
20 ml süd
15 qr ərinmiş kərə yağı
55 qr un
10 qr qarğıdalı nişastası
1,5 xörək qaşığı kakao
3 qr qabartma tozu
1 çimdik duz


İçlik üçün:


500 ml 33 %-li qaymaq
200 qr şokolad
400 qr kəsmik
100 ml süd
100 qr şəkər tozu
12 qr jelatin+60 qr su


Hazırlanması:

loading...


Biskvit üçün yumurta ağları və sarıları ayrılır. Yumurta ağlarının üzərinə şəkər tozu səpilib qarışdırılır. Yumurta sarılarını bir-bir yumurta ağlarına əlavə edib mikserlə qarışdırılır.
Süd və yağ qarışımını əlavə edib şpatula ilə qarışdırırıq.


Un+qarğıdalı nişatası+kakao+qabartma tozu ələkdən keçirilib yumurta qarışımına yavaş-yavaş şpatula yedirilir. Kakao mütləq ələkdən keçirilməlidir ki, düyünlənməsin. 180 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirilir və soyumağa qoyulur. Soyuyandan sonra albalı şirəsi ilə nəmləndirdim. Ki, bu da möhtəşəm bir dad verdi. Albalı şirəsi əvəzinə süd, kofe və s. istifadə edə bilərsiniz.


İçlik üçün 100 ml südün üzərinə 100 qr şəkər tozu əlavə edilib qarışdırılır və süd isidilir. İsidəndən sonra qırağa çəkilir.
Jelatinin üzərinə su əlavə edib su hamamında şişməsini gözləyirik. Şişmiş jelatin südə əlavə olunur.


Kəsmik blenderlənir. Kəsmik mütləq otaq tempraturunda olmalıdır. Jelatin qarışımı kəsmiyin üzərinə əlavə olunub qarışdırılır.
Şokolad benmari üsulu ilə əridilir və kəsmiyə əlavə olunur. Mən südlü və tünd şokoladdan istifadə etmişəm.

Qaymaq mikserlə bərkiyənə qədər çalınır və şpatula ilə yavaş-yavaş kəsmik qarşımına əlavə olunub qarışdırılır.
Əvvəlcədən bişirib nəmləndirdiyimiz biskviti formanın içinə qoyuruq və üzərinə içliyimizi əlavə edib soyuducuya qoyuruq.
                                     Nuş olsun!
Nurlana Efendi
Sirliqadın.az 





Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: