«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Badımcan kotleti

 

 

 

Boş vaxtlarımda həmişə müxtəlif saytlardan maraqlı yemək reseptləri axtarıram. Bu resepti də bir rus saytından tərcümə elədim.  Mənə elə gəlir ki, bunu hazırlasanız həm uşaqlarınızı, həm də ümumən sevdiklərinizi sevindirmiş olarsınız ...

Lazım olan vəsaitlər:

2 iri badımcan

0,5 kq dana əti

1 baş soğan

3 yumurta – 1-i farş üçün, 2-si isə batırmaq üçün

1 st. suxari

Duz, istiot zövqə görə

Duru yağ qızartmaq üçün

Hazırlanması:



 

Əvvəlcə ət soğanla ət maşınından keşirilir. Duz, istiot, 1 yumurta və 2 x.q. suxari ilə qarışdırılır.

Badımcanlar şəkildəki qaydada doğranır və duzlanır.

 

 

 

20-30 dəqiqədən sonra yuyulur və suyu çəkilməyə qoyulur.

 

 

Badımcanın üzərinə farş qoyulur və əldə forma verilir. Saxlamadan əvvəl yumurtaya, sonra isə suxariyə batırılır.



 

Yağ tökülüb qızdırılmış tavada əvvəlcə ətli tərəf, sonra isə digər tərəfi qızardılır.

Qızardılmış badımcan kotletlərini salfetka üzərinə yığmaq lazımdır ki, artıq yağını buraxsın.


  

 

Nuş olsun!

 

Sirliqadın.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: