Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Kartoflu toyuqlu börək


 
Lazım olan ərzaqlar:
3,5 stəkan un
yarım paket yaş maya
1 armudu stəkan qatıq suyu
duz
su

 
İç üçün:
1 ədəd toyuq budu
1 ədəd qaynadılmış kartof
3 ədəd yaşıl bibər
duz
istiot

 
Qızartmaq üçün:
Suxarı
Duru yağ

Hazırlanması:
Xəmiri hazırlamaq üçün, unu bir qaba tökürük. Üzərinə duz səpirik. Ortasını hovuz kimi açırıq və mayanı ortasına qoyuruq. Mayanın üzərinə qatıq suyu və az su tökürük. Mayanı əlimizlə əridirik. Yavaş yavaş kənarlarından un götürürük və qulaq məməciyi yumuşaqlığında bir xəmir hazırlayırıq. Xəmiri mayalanmağa buraxırıq.

Toyuq budunu və kartofu qaynadırıq. Toyuq ətini didirik və bir kasaya qoyuruq. Qaynadılmış kartofu soyduqdan sonra kiçik kub şəklində doğrayırıq. Bibərləri kiçik-kiçik doğrayırıb  hamısını bir yerdə qarışdırırıq. Duz və istiot səpib yoğururuq. Yoğurduqdan sonra kiçik toplar şəklində yumrulayırıq.

Mayalanan xəmirdən kiçik kündələr hazırlayırıq. Əlimizlə xəmirləri yastıladıb top şəklindəki içi ortasına qoyaraq xəmiri bağlayıb təkrar yumrulayırıq. Suya batırdıqdan sonra suxarıya batırırıq. Duru yağda qızardaraq servis edirik.
 

 

 
xoshbextqadin.az





Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: