«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Evdə ketçup hazırlamaq qaydası və ketçupun yaranma tarixi

 

Bu yazımızda sizə evdə ketçup hazırlamaq qaydası və ketçupun yaranma tarixi haqqında məlumat verəcəyik.

 
Ketçupdan daha çox kartof qızartması, hamburger, sendviç və s. Kimi yeməklərdə istifadə olunur. Ketçup bizə Amerika mətbəxindən tanış olsada ilk dəfə Çində kəşf olunub. Ancaq Çində indikilərdən fərqli olaraq bu sousdan balıq və ya toyuq yeməkləri üçün istifadə olunurdu. Avropa ilə tanışlığı isə 1600-cü illərə gedib çıxır. Ketçupun rəsmi olaraq yemək kitablarına düşməsi isə 1740-cı illərdə baş verdi. Ancaq bu gün bizə məlum olan ketçupa ən yaxın ketçup (yəni pomidorlu ketçuplar) 1790-cı ildə işıq üzü gördü. Nəhayət ketçup 1876-cı ildə xüsusi qablarda satılmağa başladı. Ketçup vitamin və mineral mənbəyi olmaqla yanaşı, likopenlə də zəngindir.


Sousların ən qırmızısı ketçup
Lazım olan ərzaqlar:

1 kq pomidor
2 ədəd soğan
3-4 diş sarımsaq
3-4 xörək qaşığı sirkə
1 ədəd dəfnə yarpağı
2 çay qaşığı qırmızı istiot
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot


Hazırlanma qaydası:

Soğanı, pomidoru sarımsağı doğrayın, qazanda 30 dəqiqə bişirin. Sonra süzgəcdən keçirərək sirkəni, qırmızı istiotu, şəkər tozunu, qara istiotu, duzu və dəfnə yarpağını əlavə edin. Qarışdıraraq 5-10 dəqiqə bişirin. Soyuduqdan sonra bir qaba töküb soyuducuya qoyun.
Qeyd: Zövqünüzdən asılı olaraq hazırladığınız ketçupa zeytun və ya günəbaxan yağı da əlavə edə bilərsiniz.


xoshbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: