«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

KƏSMİKLİ KÖKƏLƏR

 
Rus dilində "сырники” deyilən bu kəsmikli kökələri səhər yeməyinə hazırlaya bilərsiniz. Uşaqlar üçün də
çox xeyirlidir. Hazırlanması çox vaxt və zəhmət tələb etmir.

Tərkibi:
-500 qr kəsmik
-2 yumurta
-4-5 xörək qaşığı şəkər tozu
-şəkərli vanilin 1 çay qaşığı
-100 qr un
-qızartmaq üçün bitki yağı
-bir çimdik duz

Hazırlanması:
Kəsmiyi çəngəl ilə yaxşı əzin və ya blenderdə xırdalayın. Yumurtaları, şəkər tozu, vanilin və bir çimdik duz əlavə edib yaxşı qarışdırın.
 

 
Unu da əlavə edib qarışdırın.
 

 
Qaşıq ilə kəsmikli xəmirdən götürüb əlinizlə forma verin. Əlinizə yapışmaması üçün əlinizi su ilə islada bilərsiniz.
Forma verdiyiniz kökələrin hər tərfini una batırın.
 

 

 
Tavada bir az bitki yağı qızdırıb kökələri düzün və qapağı bağlı şəkildə az odda hər iki üzünü qızardın.
 

 
Nuş olsun!
 
xoshbextqadin.az
 


loading...




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: