“Brownie” şokoladlı tort
Tərkibi:
-1/2 su stəkanı şəkər tozu
-125 qr marqarin istəsəniz kərə yağı
-200 qr tünd ya da südlü şokolad
-3 ədəd yumurta
-1.5 su stəkanı un
-2 yemək qaşığı kakao
-1 su stəkanı qırıq qoz, ya da fındıq
-1 paket vanil
-1 paket tünd şokolad üzəri üçün
-1 paket qabartma tozu
-1/2 çay qaşığı duz
Hazırlanması:
Yağı və şokoladı birlikdə əridin. Sonra şəkəri, duzu töküb, yaxşıca çırpın.Yumurtaları tək-tək əlavə edib, unu, vanil, qabartma tozunu və kakaonu töküb, qarışdırın. Kakaolu qarışığa qozları də əlavə edib, təkrar qarışdırın. Hazırladığınız qarışımı yağladığınız soba qabınıza, keks qəlibi varsa ona yayıb əvvəldən isidilmiş 170 dərəcə sobada 20-25 dəqiqə bişirin.
.Soyuduqdan sonra əritdiyimiz şokoladı üzərinə gəzdirin, Brownie tortunuz hazırdır.
Nuş olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.