«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Sevgi tortu

 


 

 
Tərkibi:


* 150 qr. qoz içi
* 4 yumurta
* 2 yemək qaşığı qəhvə
* 3 yemək qaşığı qaynar su
* 225 qr. kərə yağı (otaq istiliyində)
* 200 qr. şəkər tozu
* 225 qr. un
* 1 paket qabartma tozu


Krem üçün:


* 300 ml. krem
* 1 paket vanil
* 2 yemək qaşığı pudra şəkəri
* Qəhvəli qlazür üçün 5 çay qaşığı isti su
* 1 yemək qaşığı qəhvə
* 150 qr. pudra şəkəri


Hazırlanması:


Sobanı 180 dərəcəyə nizamlayın. Qoz içini mətbəx üyüdücüsündə yaxşıca üyüdün və yarısını krem üçün ayırın. Keks üçün qəhvə və isti suyu qarışdırın. Kərə yağı və şəkəri bir qabda krem halına gələnə qədər çırpın. Yumurtaları tək-tək əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və qozu əlavə edib metal bir qaşıq ilə qarışdırın.


Qəhvə qarışığını əlavə edib xəmiri iki ədəd 23 sm-lik keks qəlibinə tökün. Sobada diş təmizləyən batırıldığında təmiz çıxana qədər təxminən 20 dəqiqə bişirin. Sobadan çıxarıb 20 dəqiqə soyutduqdan sonra qəliblərdən çıxarın. Krem, vanil və pudra şəkərini mikserlə qatılaşana qədər çırpın. Ayırdığınız qoz içini əlavə edib yaxşıca qarışdırın.

loading...

Qlazur üçün qəhvə və suyu bir kasada yaxşıca qarışdırın. Pudra şəkəri əlavə edib bir neçə dəqiqə qarışdırın. Soyuyan keksləri eninə ortadan ikiyə kəsin. Bir parça keksi təqdim edəcəyiniz qaba qoyun.
Kremin 1/3-ünü üzərinə yayın. İkinci parça keksi üzərinə yerləşdirib kremin yarısını yayın. Prosesi təkrarlayıb tortu tamamlayın. Ən üstə qəhvəli qlazürü tökərək təqdim edin.


Nuş olsun!

xoshbextqadin.az






Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: