«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Qısa boylu xanımların nəzərinə!

 


"Kaş ki, boyum bir az hündür olaydı”, – deyən xanımlar, diqqətinizi bu yazıya yönəldin, çünki məhz sizin üçün hazırlanıb. Boyunuzun qısa olmasından şikayət edirsinizsə, sizi hündür göstərən geyim nümunələrinə fikir versəniz, faydasını görəcəksiniz.

Qısa boylu qadınların etdiyi ən böyük səhvlərdən biri ayaq biləklərindən bağlı ayaqqabılar geyinməkdir. Biləkdən bağlı ayaqqabılar qıçları qısaltdığı üçün bu cür forma seçdiyiniz zaman boyunuz bir az da qısa görünəcək. Onun yerinə stiletto seçməniz məsləhətdir.

"Qısa ətək qısa göstərir” sözlərinə qulaqlarınızı tıxayın və qısa ətəklərə qarderobunuzda yer ayırın. Çünki qıçlarınız və boyunuzu uzun göstərmənin bir yolu da beli yuxarı qısa ətəklərdən keçir.

Qısa boylu qadınların səhvlərindən biri də şalvar seçimidir. Qısa ayaqlı şalvarlar mövsümün dəbi olsa da, qısa boylu qadınlar üçün moda deyil. Buna görə də qısa boylu xanımlar şalvar seçərkən modaya deyil, qıçları bir az da daha qısa göstərməyən şalvarlara üstünlük verməlidirlər.
Beli yuxarı ətəklər və şalvarlar qısa ayaqlarınızın ən böyük xilaskarıdır. Boyunuzu olduğundan daha hündür göstərən beli yuxarı geyimlərlə həm mövsümün dəbi ilə ayaqlaşarsınız, həm də bədəninizə uyğun geyim seçmiş olarsınız.
Beli yuxarı ətək və şalvarlarınızı beli qısa və ya göbəyi açıq köynəklərlə tamamlaya bilərsiniz.

Böyük çantalardan tamamilə uzaq durun! Zaman-zaman trend olan böyük çantalardan hər zaman uzaq durmağınızda fayda var. Çünki böyük çantalar sizi olduğunuzdan daha da kiçik boylu göstərir.
 

 
loading...

 

 


xoshbextqadin.az






Reytinq: +26
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: