«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Ayaqqabı Seçərkən Bunlara Diqqət Edin – Kişilər Üçün

Deyirlər, "Dost üzə, düşmən isə ayağa baxar”. Bu qədim el misalında böyük bir həqiqət var. İdeal xarici görünüş üçün ayaqqabı seçiminə diqqət etmək şərtdir. Çoxumuz bu vacib məqama o qədər də diqqət yetirmir, nəticədə isə düzgün kombin etdiyimiz geyimi yalnış ayaqqabı seçimi ilə korlayırıq. Belə olan halda bədxahlarınız o dəqiqə gözünü ayaqlarınıza dikib deyirlər: bu nə ayaqqabıdır geyinmisən?


Ayaqqabı seçərkən diqqət etməli olduğumuz bəzi incə məqamlar var. Bunlardan birincisi ayaqqabının ön hissəsidir. Xəbəriniz olsun ki, bəzilərinin hələ də dəbli hesab etdiyi ön hissəsi uzun və iti olan ayaqqabılar artıq keçmişdə qalıb. Belə ayaqqabılardan istifadə etmək qətiyyən məsləhət görülmür. Əgər klassik geyimə üstünlük verirsinizsə, yaxşı olar ki, onunla ön hissəsi dördkünc formada olan ayaqqabıları uyğunlaşdırasınız. Ayaqqabının dabanı nə qədər incədirsə, bu onun bir o qədər ucuz olduğunu göstərir. Buna görə də ayaqqabı seçərkən onun daban hissəsinin daha qalın və möhkəm olmasına diqqət edin. Ayaqqabı rütubətli yerdə saxlanılmamalı, paltaryuyan maşında və ya əldə yuyulmamalıdır. Onu nəm dəsmalla təmizləmək və otaq temperaturunda qurutmaq lazımdır.

Ayaqqabıya hopan tər 24 saat ərzində buxarlanır. Ayaqqabı corabsız geyinildiyi zaman pis qoxu verə bilər. Astarı sintetik materiallardan hazırlanan ayaqqabılarda tərləmə və pis qoxu labüddür. Belə ayaqqabılar istifadədən sonra açıq havada saxlanılmalıdır. Nabuk və zamşa materiallarından hazırlanan ayaqqabıları xüsusi fırça ilə təmizləmək və boya ilə boyamaq olar. Onları yumaqsa qəti qadağandır.


Geyiminizin ayrılmaz hissəsi olan ayaqqablarınızın uzun ömürlü etmək üçün onun dərisinə, rənginə uyğun kremlərdən, qulluq vasitələrindən istifadə etməliyik. Bu qədər, əziz kişilər. Unutmayın ki, geyimimizin hər incə detalı bizim haqqımızda ətrafdakılarda müəyyən fikir formalaşdırır. Zövqlə geyinmək yalnız dəb saytlarından və jurnallarından bu ilin rəngini öyrənib ona uyğun geyim kombin etmək deyil. Eyni zamanda bütün xırdalıqlara diqqətlə yanaşmaq deməkdir.

 

loading...




Reytinq: +17
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: