«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Körpələrdə göz ətrafı çirk yaranması və səbəbləri

 

Yeni doğulmuş körpələrin gözlərinin kənarlarında sarı rəngli axıntı, çirk, bəzən də qızartı əmələ gələ bilər. Bunun adı göz iltihabı və ya konjunktivitdir. Bunun bir çox səbəbləri vardır. 


Körpələr dünyaya gəldikdən sonra xəstəxanada onların gözlərinə xüsusi qoruyucu antibiotik kremlər sürtülür ki, bu da o iltihabların əmələ gəlməsinin qarşısını alır. Lakin körpələr evə getdikdən sonra bu iltihablar yenidən əmələ gələ bilər. Bəzən də bu iltihablar bir müddətdən bir yenidən təkrarlanır. Yox, əgər bu hal çox tez-tez təkrarlanarsa və gözdəki axıntılar çox miqdarda olarsa bu zaman biz göz kanallarının dar və ya tutulmuş olduğundan şübhələnə bilərik. Ancaq bu durumda belə biz gözə heç bir müdaxilə etmirik və 1 yaşına qədər uşağı nəzarətdə saxlayırıq.


Belə ki, bu problem adətən 6 ay uzağı bir yaşına qədər öz-özünə aradan getməlidir. Bu gözləmə müddəti ərzində gözdəki narahatçılıqlar çoxdursa antibiotik krem və damcılardan istifadə olunmalı, uyğun masaj hərəkətləri edilməli, az miqdardadırsa gözlər steril tənziflə təmizlənməlidir. 


Bundan başqa gözdəki axıntıların başqa səbəbləri də ola bilər. Bəzən körpənin göz qapaqları içəriyə doğru qatlanmış formada olur ki, bu zaman kipriklər gözü sulandırır və narahatçılıqlara səbəb olur. Belə hallarda isə mütləq göz həkiminə müraciət etmək lazımdır.


Uzman Dr. Altay Abdullaoğlu / Pediatr-Neonatoloq

xoshbextqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: