«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Qan dövranını yaxşılaşdırmaq üçün 7 sadə məsləhət

 
 

Qan dövranını yaxşılaşdırmaq üçün 7 sadə məsləhət

 

 

Yaxşı qan dövranı insan sağlamlığında çox böyük rol oynayır. Qan bütün orqan və sistemləri oksigen və qidalı maddələrlə təmin edir. Qan dövranı pozulduqda orqanizm "aclıqdan" və oksigen çatışmazlığından əziyyət çəkməyə başlayır. Bu isə müxtəlif pozulmaların inkişafına yol açır. Təqdim etdiyimiz çox sadə məsləhətlərə əməl etməklə siz qan dövranınızı yaxşılaşdıra bilərsiniz. - Ədviyyatlardan tez-tez istifadə edin. Xüsusilə qara və qırmızı istiot, darçın, sarıkök, zəncəfil və həmçinin soğan, sarımsaq, kəklikotu və s. qan dövranını yaxşılaşdırır, mübadilə prosesləri sürətləndirir, antiseptik, antbakterial, virusəleyhinə, xərçəngəleyhinə təsir edir. - Liftdən imtina edin, pilləkənlə qalxın.


Bu da çox təsirli vasitədir. Pilləkənlə qalxan insanın bədənində qan dövranı sürətlənir, ürək əzələsi məşq olunur. Həkimlərdə insanın fiziki formasını və ürəyin vəziyyətini yoxlamaq üçün xüsusi sadə test var - əgər siz dayanmadan 4-cü mərtəbəyə pilləkənlə qalxa bilirsinizsə, testin nəticəsi müsbət sayılır. Əks halda ürəyinizin vəziyyətini yoxlayın. - Çox oturmayın. İnsan uzun müddət ərzində oturanda onun qan dövranı kəskin pozulur. Oturaq işlə məşğulsunuzsa, tez-tez ayağa qalxın, gəzin, sadə hərəkətlər edin. - Siqaret çəkməkdən imtina edin.


Bu pis vərdiş damarların güclü sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur. Bir faktı misal gətirək. Ətraflarda qan dövranının pozulması nəticəsində ağır qanqrenalarla (toxumaların çürüməsi) müşayiət olunan Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. - Kontrast duş qəbul edin. Kontrast duş (soyuq və isti suyun növbələşməsi) qan dövranını yaxşılaşdırır, insanı gümrah edir. - Qidalanmanızda çoxlu meyvə, tərəvəz, göyərti olmalıdır. Bu məhsullar orqanizmi vacib maddələrlə təmin edir, qanın tərkibini yaxşılaşdırır. - Kifayət miqdarda təmiz su için. Müasir insanların əksəriyyəti kifayət miqdarda təmiz su içmir. Bu isə xroniki susuzlaşmaya səbəb olur. Susuzlaşma nəticəsində qan qatılaşır. Qatı qan orqanizmdə daha çətinliklə dövr edir.

Saglamolun.Az



loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: