«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Sarıköklü su içməyin 8 möcüzəvi faydası

Sarıkök, digər adıyla Curcuma Longa, medikal bir bitkidir və zəncəfil ilə birgə zingiberaceae familiyasına aiddir. Əsrlər boyu təbii tibbi tətbiqlər üçün istifadə edilmişdir. Çox bəsləyici və sağlamlığa da faydalıdır. Buna əlavə olaraq, yeməklərə verdiyi yüngül dad və diqqətə çarpan sarımtıl narıncı rəngi ilə ədviyyat olaraq tez-tez istifadə edilər.


Ayrıca, ağrı kəsici, anti-enflamatuvar və antibakteriyel maddə olaraq ev istehsalı təbii müalicələrin də çoxunda istifadə edilər. Əslində, yüksək antioksidant, vitamin və mineral konsentrasiyası sayəsində müxtəlif xərçəng növlərini önləmək və müalicə etmək üçün faydası olduğuna belə inanılır.


Ən gözəli isə istifadə sahəsinin müxtəlif olması və xüsusiyyətlərindən faydalana bilmək üçün yeməklərdə bir çox fərqli şəkildə istifadə edilə bilməsidir. Məsələn, nizamlı olaraq istehlak edildiyində fiziki və zehni sağlamlığa qatqı təmin edən tibbi bir içki edə bilərsiniz.
Aşağıda sizə, orqanizminiz üçün necə bir təsiri olduğunu və bir neçə asan addımda evdə necə hazırlaya biləcəyinizi izah edəcəyik.
 

Sarıköklü su içməyin  8 möcüzəvi faydası

 



1. Artritlə mübarizə edər


 Əvvəlcə, artriti olan kəslər nizamlı olaraq sarıkök suyu istehlak etdiklərində çox yaxşı nəticələr ala bilərlər. Bu içki, həzm edildiyində oynaq ağrılarını və tutulmalarını azaltmağa yarayan güclü antioksidantları və anti-enflamatuvar xüsusiyyətləri bir araya gətirər.


2. Alzheimeri önləməyə köməkçi olar


 Sarıkök aktiv komponenti kürkümün, beyindəki enflamasyonu azaldar və hüceyrələrin sərbəst radikallardan  zərər görməsinə mane olar. Beləliklə də yaşlılıqla gələn zehni geriləməyi və Alzheimeri önləyər.


3. Xərçəng riskini azaldar

 

loading...

 


 Sarıkökdə olan antioksidantlar, sərbəst radikalların və xərçəngdən qaynaqlanan anormal hüceyrələrin yox edilməsində müsbət bir təsirə malikdir. Ümumi olaraq bu molekullar, bədəninizdəki toksinlərin mənfi təsirlərinə mane olar və xərçəng hüceyrələrinin sürətli artımını dayandırar.


4. Həzm pozuqluqlarıyla mübarizə edər


Təbii sarıkök suyu, həzmsizlik əlamətlərini yüngülləşdirər və mədədəki çox turşu miqdarını azaldaraq xora və reflüyü önləyər. Buna əlavə olaraq, bədəninizin maddələr mübadiləsi sürətini artırar, nizamlı tualetə çıxmağı təmin edər və yeməklərin düz bir şəkildə həzm edilməsinə köməkçi olar.

 

Sarıköklü su içməyin  8 möcüzəvi faydası

 



5. Ürək və damar sağlamlığını dəstəklər


 Nizamlı olaraq sarıkök suyu istehlak etmək, pis xolesterol və trigliserit səviyyəsini tarazlıqda tutmaq üçün möcüzə bir yoldur. Məzmunundakı antioksidanlar, arteriyalarınızda olan bu lipidlerin yox edilməsinə qatqı təmin edər və beləcə damar sərtləşməsi kimi narahatlıqlardan qorunmağa köməkçi olar. Ayrıca, arteriyalarda tıxanıqlıq meydana gəlməsinə mane olar və hipertansiyon kimi xəstəlikləri nəzarət etmədə fayda verər.
 
6. Qaraciyər sağlamlığını qoruyar


 Əlavə olaraq bu ədviyyat, qaraciyərin sağlamlığını qorumaq üçün əhəmiyyətli iki ifrazat olan bilirubin və öd arasındakı tarazlığı təmin etməyə köməkçi olar. Zəncəfilin təməl qida maddələri, qaraciyərin düz bir şəkildə işini təmin etmənin yanında enflamasyonu, toksin yığılmalarını və yağı da azaldar.


7. Erkən yaşlanmağı önləyər


 Bu təbii içki yalnız içəridəki hüceyrə yaşlanmasına qarşı döyüşməz, buna əlavə olaraq dərinizdə və saçınızda yaşlanma əlamətlərinin meydana gəlməsini önləməkdə də böyük bir köməkçidir.


8. Qan şəkərini nizamlar


 Son olaraq, sarıkök suyu, qan şəkərinin maddələr mübadiləsisini hərəkətə keçirmə bacarığı ilə  2 növ diabet xəstələrinə belə fayda təmin edə bilər. Hər gün bir stəkan içmək, yüksək qan şəkəri dəyərlərini fərq edilər dərəcədə aşağısalar.
Sarıkök  suyunu evdə necə edə bilərəm? Əlbəttə, sarıkök  suyu etmənin bir çox tərifi vardır. Bu yazımızda sizə, detoks və sidik sökdürücü təsiri olan bir tərif verəcəyik.


Vəsaitlər:


 2 stəkan su (500 ml)
1 yemək qaşığı toz sarıkök (10 g) 
2 ədəd limonun suyu
 2 yemək qaşığı bal (50 g)


Hazırlanması:


 Əvvəlcə, 2 stəkan suyu bir qazana qoyun və bir yemək qaşığı toz sarıkök ilə birgə qaynadın. Ardından, ocaqdan alın və bir neçə dəqiqə gözlədin, sonra da limon suyunu əlavə edin. Daha sonra, soyuducuda soyumağa buraxın.
Soyuduqdan sonra isə dadlandırmaq üçün bal əlavə edin. Gündə bir ya da iki stəkan için. Kontrendikasyonlar əvvəlcə, tövsiyə edilən sarıkök miqdarını keçməyin; daha çoxu həzm sisteminizi narahat edə bilər. Sarıkök suyu, öd kisəsi daşı olan kəslər üçün tövsiyə edilməz, çünki şiddətli qarın ağrısına yol aça bilər.


DİQQƏT! Əgər bu anda antikoagulan və anti-enflamatuvar ehtiva edən dərmanlar istifadə edirsinizsə, sarıkök suyu içmənizin uyğun olub olmadığını həkiminizlə məsləhət edin.

Sirliqadın.az

loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: