«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Meymun almasının faydaları:əzələ və oynaq ağrıları, artroz, artrit, revmatizm

Meymun alması adlanan yaşıl, yumru meyvələr Bakıda və rayonlarda parklarda rast gəlinir.
 
Bu ağac Azərbaycana Avropadan gətirilib. Ağacın özü oksigen hasil etməsinə görə ən faydalı ağacdır. Amma meyvəsi yeyilmir. Elə yeyiımədiyi üçün də payızda yetişib düşür, torpaqda çürüyür.
Lakin çox az insan var ki, hər il payızda meymun almasının yetişməsini gözləyir. Çünki məhz bu meyvə ağrıların dərmanıdır
Meymun almasının spirtdə cövhəri revmatizm, sümük, əzələ, oynaq, radikulit, diz, bel ağrılarında xaricə istifadə olunur.
Eləcə də dəri xəstəlikləri- dermatit, eczema, xorada yenə də dəriyə xaricən tətbiq olunur
Çəkisi 300-400 qr olan, daha çox meymunun beyninə bənzəyən bu meyvə topa bənzədiyinə görə, uşaqlar onunla futbol belə oynayır.

 

Meymun almasının faydaları:əzələ və oynaq ağrıları, artroz, artrit, revmatizm

 



Hazırlanma qaydası:


Cövhərin hazırlanması üçün sizə 2-3 ədəd meymun alması kifayətdir.
Meyvəni kub kimi doğrayıb, ətçəkəndən keçirirsiz. Bankaya yığıb, üzərinə çıxana qədər aptek spirti əlavə edirsiz.


Qapağını bağlayıb, qaranlıq, sərin yerdə 10 gün saxlanılır. Bu müddətdə ağzını açıb baxmaq olmaz. 10 gün sonra süzüb şüşə butula tökürsüz.
Həftədə 2-3 dəfə ağrıyanyerə çəkirsiz və üzərindən isti bağlayırsız. Çalışın dərini yandırmayasız. Dəri xəstəliklərində isə sadəcə lazımi nahiyəyə çəkilir, yuyulmur.


Kərə yağlı mazın hazırlanması:


Meymun alması əzilir, kərə yağı ilə lay –lay bir şüşə qaba yığılır.
15 gün isti yerdə saxlanılır. Sonra qarışdırılıb və ya blenderdən keçirilib maz halına gətirilir.
 
Əzələ və oynaq ağrıları, artroz, artrit, revmatizmdə çəkilir.

 

Həqiqət Zahidova- AMEA Arxeologiya və

Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent

Sirliqadın.az

loading...




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: