«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Hamilələrdə qrip

Qadınların hamiləlik dövrləründə ən çox çəkindikləri vəziyyətlərdən biri xəstə olmaqdır. 


Hamilə olduğunuzda immun sisteminiz zəifləyər. İmmun sisteminizin bu zəifliyi səbəbiylə xəstəliklərə, xüsusilə qripa qarşı daha müdafiəsiz olursuz. Alınan hər cür tədbirə baxmayaraq hamilələr bu xəstəliyə tutula bilər. Influenza viruslarının səbəb olduğu qrip, hər il məşhur epidemiyalara səbəb olan ciddi bir xəstəlik. Qrip zamanı halsızlıq, əzələlərdə ağrılar, iştahsızlıq, yorğunluq, hərarət, gözlərin yaşarması və yanması, quru öskürək, titrəmə, baş ağrısı olur və bu vəziyyət hamilə qadınlar üçün çox təhlükəli ola bilər. Normal insanların belə gündəlik həyatlarını mənfi istiqamətdə təsir edən qrip hamilələr üçün çox daha çətin keçər. Hamiləlik zamanı qrip ciddi fesadlara səbəb ola bilər. Təbii ki qrip keçirən bir çox hamilələrdə hər hansı bir fəsad görülməyə də bilər. Lakin qrip keçirən hamilə qadının hələ doğulmamış körpəsi də risk altındadır.

 Hamiləliyin xüsusilə 2ci və 3cü trimestrlarında böyüyən qarınınızın ağciyərlərə etdiyi təzyiq artır, ağciyərlərin tutumu azalır və oksigenə ehtiyacı artır. Nəfəs alma çətinləşir, ümumi dövr edən qanın həcmi artır deyə ürəyin üzərinə düşən iş artır və nəticədə tənginəfəslik yaranır. Bu dəyişikliklərə görə qrip zamanı hamilələrdə tənəffüs sistemində ağırlaşmalar daha tez rast gəlir,və bu baxımından hamilə qadınların daha yüksək risk altında olduğu əsla unudulmamalıdır. Bir də üstəlik hamiləlikdə qrip keçirmək bütün bunlara əlavə olaraq son dərəcədə təhlükəli ola bilər. Bu səbəblə qrip əlamətləri meydana gəlsə ilk edilməsi lazım olan dərhal həkimə müraciət.

Bir xəstəliyə tutulmadan alınan tədbirlər daha sonrasında şəfa üçün xərcləyəcəyiniz səydən çox daha çox fayda təmin edər. Bunun üçün xüsusilə hamiləykən qripə tutulmamaq üçün çox diqqətli olmanız lazımdır. Bunun üçün aşağıdakı tədbirləri almanız sizin üçün olduqca faydalı ola bilər.

loading...


Qrip mövsümlərində yəni noyabr və mart ayları arasında qripə tutulma risqini azaltmaq üçün mümkün olduğunca sıxlıq yerlərdən uzaq durun. Öpüşmə və qucaqlaşma kimi yaxın təmaslardan çəkinin. Bədən müqavimətinizi artırmaq üçün C vitamini ehtiva edən qidalardan bol bol istehlak edin. Burunu yumaq üçün iki çay qaşığı duz yarım litr suda həll edilir. Bu qarışığı bir pipet vasitəsilə buruna çəkmək, burun tıxanıqlığının çıxara bilər. Öskürüğünüzü isə ballı ilıq süd sakitləşdirə bilər. Bunun xaricində çay limon ya da zoqal, moruq mürəbbəsi ilə bol -bol için. Boğaz ağrınızın qarşısını almaq üçün duzlu su ilə qarqara edin. Bol miqdarda maye almağa çalışın. Olduğunuz mühitin ya da evinizin yaxşı havalandırılmasına və kifayət qədər isti olmasına diqqət edin.


Qripin ağır hallarında hərarət 38.5-39 dərəcəni keçsə körpəyə mənfi təsir ola bilər. Hətta hamiləliyin son aylarında olunması doğuş sancılarının başlamasına belə səbəb ola bilər. Bu səbəbdən yüksək atəşin nəzarət altına alınması şərttir. Təbii ki, bu müdaxilə həkim tərəfindən olmalıdır. Ayrıca ağırlaşmalar zamanı, məsələn bronxitə çevrildiyi hallarda, həkim antibiotik təyin edə bilər. Ancaq həkimə məsləhətləşmədən heç bir dərman alınmamalıdır. Ümumi bir müayinə sonrasında həkim əlamətləri yüngülləşdirmək üçün müxtəlif dərmanlar verə bilər. Digər qrip keçirən insanlarda olduğu kimi hamilə istirahət rejimina, qidalanmasına və yuxu nizamına diqqət göstərməlidır.


Ginekoloq Nərminə Əsgərova
Sirliqadın.az




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: