«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Öskürəkdən xilas olmaq üçün ən yaxşı üsul

 

Xoshbextqadin.az bildirir ki, payız fəslində yetişən ən dadlı və faydalı meyvələrdən biri də heyvadır. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir.


Əvvəlcə onu qeyd edək ki, heyvanın faydalarından yararlanmaq istəyiriksə, onu doğru yemək tərzini öyrənməliyik. Heyvanı adi halda yemək və həzm etmək çətindir. Ona görə də onun kompot və ya mürəbbəsindən istifadə etmək daha yaxşı olar. Vitamin C ilə zəngin heyva immuniteti yaxşılaşdırır.
Heyva şirəsi iltihab əleyhinə və bəlhəmgətirici təsirə malik olduğuna görə bronxit, bronxial astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı uğurla istifadə oluna bilər.


Heyvanın unikal antivirus xüsusiyyətləri onu qrip və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu zaman heyvanı az miqdarda suda bişirib yemək lazımdır.


Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Quru öskürək zamanı bu sudan gündə 1 stəkan səhərlər acqarına içmək laızmdır. Tezliklə öskürəkdən xilas olacaqsınız.
Bu möcüzəli meyvənin faydaları bununla bitmir.


-Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etmək olar. Heyvanı müalicəvi vasitə kimi skleroz, hipertoniya, anemiya və s. xəstəliklər zamanı da istifadə etmək olar.


-Heyva güclü sidik qovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazatı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.


-Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Qaraciyərin və öd yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.
-Tərkibindəki antioksidant maddələr sayəsində stress, depressiya və xərçəng kimi təhlükələrə qarşı orqanizmi qoruyur.


-Heyva yaşlanmanı gecikdirir. Orqanizmdə gedən yaşlanma prosesləri ilə mübarizə aparan və bu prosesləri ləngidən heyva cavan qalmaq istəyənlər üçün ideal meyvədir.
-Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Ona görə də anemiyadan (qanazlığı) əziyyət çəkənlər üçün əvəzolunmazdır. Xüsusilə, uşaqlara bu meyvənin şirəsi və kompotları bol-bol içirilməlidir.

 
xoshbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: