«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Bu gün Dünya Bal Arısı Günüdür

BMT Baş Assambleyasının 2017-ci il dekabrın 20–də keçirilən iclasında alınan qərara əsasən hər il mayın 20-si Dünya Bal Arısı Günü kimi qeyd olunur. Həmin tarix təsadüfən seçilməyib. Belə ki, 1734-cü il mayın 20-də Sloveniyada olan görkəmli rəssam və arıçı, arıçılığın öyrənilməsinə yeniliklər gətirmiş Anton Yanşanın anadan olduğu gündür. O, 1769-cu ildən arıçılıqla məşğul olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, arı və digər tozlandırıcılar, həmçinin kəpənək, yarasa və kalibrlilər öz fəaliyyətləri ilə bir sıra bitkiləri yenidən canlandırmağa nail olurlar.

Müasir dövrdə tozlandırıcılar yalnız bitkiçiliyin inkişafına deyil, həmçinin ekoloji risklərin yaranması və yerli ekosistemlərin sağlamlığı barədə xəbərdarlıq edərək ərzaq təhlükəsizliyi təminatına töhfə vermiş olur. Tozlandırıcılar, həmçinin biomüxtəlifliyin əsas qoruyucusudur.

İnvaziv həşəratlar, pestisidlər, torpaqdan istifadə edilməsi sahəsində gedən dəyişikliklər qida maddələrinin və arı ailələrinin azalmasına səbəb ola bilər.

Dünyada 20 mindən artıq arı növü var. Onlara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kiloqram təmiz bal verə bilir.

Arı ailəsi 3 qrupa bölünür: ana arı, erkək arı, dişi və ya işçi arı.

Arılar 15 kilometrə qədər yol qət edə bilirlər. Arı 15 kilometr məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verir.

Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanları tanıyırlar.

Son illərdə dünyada milyardlarla arının məhv olması, onların saylarının azalması narahatlıq doğurmağa başlayıb. Dünya Bal Arısı Gününün qeyd edilməsi də məhz bu problemi qabartmaq, onların məhvinə səbəb olan təsirləri aradan qaldırmaq məqsədi daşıyır.

 

Bu gün Dünya Bal Arısı Günüdür

 


 

Azərbaycanda arıçılıq kənd təsərrüfatının inkişaf edən sahələrindən biridir. Onu inkişaf etdirmək məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında Sərəncam da imzalayıb.

loading...

Azərbaycan arı genefondunu iki arı növü təşkil edir: Sarı Qafqaz arısı və Bozdağ Qafqaz arısı. Sarı Qafqaz arısının Lənkəran və Sarı İran, Bozdağ Qafqaz arısının isə Qabaqtəpə və Şahdağ populyasiyası var. Azərbaycan dünyada ən məhsuldar arılardan olan Bozdağ Qafqaz arısının vətənidir. Qabaqtəpə arısı yerli arı genefondumuzun "Qızıl Arısı” sayılır.

Ölkəmizdə bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır.

 

Sirliqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: