loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Annanın döyüşə getməsi yalnız "selfie" çəkdirmək üçündür- DEPUTAT

Xəbər verdiyimiz kimi, Nikol Paşinyanın arvadı Anna Akopyan bildirib ki, sabahdan özü də daxil olmaqla 13 qadından ibarət bir dəstə təlimlərə başlayacaq.
O bu barədə sosial şəbəkədə məlumat verib.
Anna təlimlərin bir neçə günə bitəcəyini və qadınlardan ibarət dəstənin sərhədləri qorumaq üçün yola çıxacağını bildirib.


Bu məsələ Ermənistan ordusundakı vəziyyətin nə dərəcədə acınacaqlı olmasının sübutudur. Çıxılmaz vəziyyətdə olan Paşinyan artıq arvadını bir neçə qadınla döyüş zonasına göndərir.
Bu barədə deputat Elman Nəsirov Sonxeber.az -a danışıb:


"Azərbaycanın 100 minlik müzəffər ordusunun Ermənistanın başıpozuq hərbi hissələrini diz çökdürdüyü təsdiqlənmiş faktdır. Bu reallıqdan Ermənistanın baş nazirinin çox ciddi əqli-psixoloji problemlərinin olması diqqətdən yayınmır.

loading...


Bizi təəccübləndirən odur ki, onun xanımı Anna Akopyanın da oxşar problemləri var. Əgər Anna Akopyanın mənəvi-psixoloji durumu yerində olsaydı, o fikirləşməliydi ki, dünyanın ən güclü ordularından biri olan Azərbaycan ordusu qarşısında özlərinin nizami adlandırdıqları orduları diz çökürsə, imdad diləyirsə, belə olan vəziyyətdə tələm-tələsik yığdıqları 45 nəfərlik, əllərinə heç bir silah almamış erməni xanımlarının qısamüddətli hərbi təlimindən sonra onlar Azərbaycan ordusu qarşısında necə dayanacaqlar? Bunu düşünmək, təhlil və analiz etmək bir o qədərmi çətindir?


Bu məsələdə iki versiya var: ya Anna ağlını itirib, ya da ki, bu sadəcə olaraq sabun köpüyüdür, məqsəd fon, vətənpərvərlik duyğusu yaratmaqdır. Belə hərəkət yalnız "selfie" çəkdirmək üçün lazımdır ki, erməni xanımlarının da vətənpərvər olduqlarını göstərsinlər.
Bu hal eyni zamanda başqa sualın cavabıdır: görün, Ermənistanın silahlı qüvvələrində kişi nə qədər çatışmır və Paşinyan nə qədər əsgərlərin ölümünə bais olub ki, artıq cəbhəyə qadınlar gedir".








Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: