Qanımızı tökən ordunun bayramını qeyd edənlər - Tarixini bilməyənlər
23 fevral – Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günüdür. Bəziləri hətta indi də həmin tarixi bayram kimi qeyd edirlər.Amma bu günü bayram kimi qeyd edənlər bilmirlər ki, Qızıl Ordunun Azərbaycan xalqı əleyhinə fəaliyyəti də olub.
Bu günü bayram deyib dilə gətirmək belə böyük ayıbdır. Çünki o gün Azərbaycanı işğal etmiş, 1920- ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti adlı müstəqil dövlətimizi süquta uğratmış işğalçı ordunun yarandığı günü necə bayram edə bilərik? Bu sadəcə olaraq kiçik bir nümunə idi.
Xatırladım ki, 23 fevraldan cəmi 3 gün sonra 26 fevral – Xocalı soyqırımı günü gəlir. O soyqırımı törədən də elə həmin ordunun 366-cı alayı idi.
Ümid edirəm ki, bu kiçik yazıdan “İdeal” parfumeriya mağazalar şəbəkəşi və bu tiplər nəticə çıxarar. Bundan sonra ordu günü 23 fevral yox, 26 iyun tarixi qeyd edilər.
Femida.az
- Müəllif: Sadiqov
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.