Kişiləri qadınlardan soyudan səbəblər
- 5-11-2021, 22:18
- AİLƏ / Psixoliji məsləhətlər
- 0
- 2 414
Qadınlar həm sevgili əlaqələri həm də evlilikləri boyunca təbii olaraq kişilərin qısqanclıq, laqeydlik və maraqsızlıq kimi bir çox rəftarlarından şikayətçi olurlar. İnsan əlaqələrində normal qarşılanması lazım olan bu vəziyyətin əlbəttə bir də kişi tərəfi mövcuddur.
Kişilərin qadınlarda ən dözə bilmədikləri, narahat olduqları şeyləri və qadınlardan soyuma səbəblərini bilmək istəyirsinizsə,buyurun.
- Kişilərdən davamlı bir addım qabaqda olduğunu, daha yaxşı olduğunu sübut etməyə çalışan qadınlardan xoşlanmırlar. Çünki kişilərdə bu tip düşüncələr mövcud deyil, lazım olsa qadınlardan kömək almağı bir zəiflik olaraq görmürlər.
- Azad olmağı qarşısındakına hörmətsizcə davranmaqla qarışdıran qadınlardan narahat olurlar. Xüsusilə fikir alış-verişində olmağı sevən kişilər hər cür fikir mübadiləsini azadlığını məhdudlaşdırıcı qadınları sevmirlər.
- Davamlı ən kiçik məsələlərdə eyhamlanan qadınlar onlar üçün bir stress qaynağıdır. Soyuqqanlı ola bilən qadınları çox daha cazibədar görürlər.
- Kremlər, makiyaj və kosmetik vəsaitləri ilə özünü başdan yaratmağa çalışan qadınlar kişilərin gözündə kiçik salıcı hərəkətlər də edirlər. Özünə baxımlı olmanın ölçüsünü itirməməyin doğru olduğuna inanırlar.
- Cavabında narahat ola biləcəkləri sualları soruşan qadınlarla birlikdə olmaq istəmirlər. Geyimdən tutmuş makiyaja qədər cavabının pis olma ehtimalı olan suallarda, mənfi cavablar verildiyində özlərinə qarşı soyuq rəftar xoşlarına gəlmir.
- Çox maraqlanan qadınları sevmirlər. Qadının davamlı olaraq bir asılı kimi kişini darboğaz etməsi onları sevgililərinə, yoldaşlarına yaxınlaşdırmaq yerinə get-gedə soyumalarına və uzaqlaşmalarına səbəb olur.
Əlbəttə qadınların olduğu qədər kişilərin də qarşı cins mövzusunda daha çox narahatlığı və soyuma səbəbləri ola bilər, ancaq bu bəhs etdiyimiz mövzular ən azından diqqət edə biləcəyiniz, qarşınızdakı kişi ilə əlaqənizi gözdən keçirərkən özünüzü dəyərləndirəbiləcəyiniz mövzulardır.
Hər nə qədər kimsə mükəmməl olmasa da əlaqənizdə, evliliyinizdə yoldaşınızdan hər zaman sevgi görmək və dəstək almaq istəyirsinizsə inad edər kimi narahat olacağı şeyləri etməməlisiniz. Təbii ki eyni anlayışa yoldaşınız də sahib olmalıdır.
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.