Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Uşaqları başqasıyla müqayisə etmək bu xəstəliklərə səbəb olur... - ''XALXIN UŞAĞI'' SİNDROMU


Təsəvvür edin ki, sizi kimləsə açıq-aşkar müqayisə edirlər, bu zaman özünüzü necə hiss edərdiniz? Əlbəttə ki, əgər bu müqayisələr leyhinizədirsə, sizə xoş olacaq. Yox əgər əksinədirsə, böyük ehtimalla sizi məyusluq, təəssüf və qəzəb kimi qarışıq hisslər bürüyəcək.

 Çünki müqayisə hər kəsi motivasiya etmir, nəzərdə tutulan səhvi düzəltməyə sövq etmir. Əgər yetkin insan əleyhinə olan bütün bu müqayisələri çətinliklə qəbul edirsə, o zaman hər fürsətdə valideyni tərəfindən müqayisə olunan uşağın vəziyyətinin təsəvvür etmək çox çətin olar. 


Əksər valideynlər övladlarını başqalarıyla müqayisə edəndə belə ifadələr işlədirlər: "Sən yaşıdların kimi cəld deyilsən. Sən sinifdə məsələləri yoldaşlarından ləng həll edirsən. O, artıq öyrəndi, sən isə hələ də öyrənə bilmədin..." 

Ancaq fərqində olmurlar ki, belə müqayisələr uşaqlara müsbət mənada heç nə vermir. Əksinə başqa uşaqların nailiyyətləri ilə müqayisə olunan uşaqda paxıllıq, qıcıq və narahatlıq kimi hislər yaranmağa başlayır. 

 

 


Uşaqlıqda da həm valideynlərimiz, həm də müəllimlərimiz bizə hər şeyin ən yaxşısına nail olmağı öyrədiblər. O səbəbdən də bizim hafizəmizdə belə bir ideologiya formalaşıb ki, əgər biz uşağın zirvədə olmasını, düzgün inkişaf etməsini və uğur qazanmasını istəyiriksə, müqayisələr və rəqabətlər daha effektlidir.


 Ancaq qeyd edək ki, müqayisə birbaşa qiymətləndirmədir. Biz uşağı daim qiymətləndirərək onda başqalarının fikirlərindən asılılıq yaratmış oluruq. Nəticədə, o, başqa insanların manipulyasiyalarına qarşı dura bilmir.

 Önəmli olan başqa bir uşağı tərifləmək deyil, əks təqdirdə ani bir uğursuzluqda uşağı stress, həyəcan, qorxu bürüyəcək və bu hisslər getdikcə böyüyəcək. 

Əlverişsiz xarakterə malik olan müqayisələr ("Sənin yaşında mən artıq...") uşaqlarda davranışın müəyyən sərhədlərinə gətirib çıxarır, onlarda özünə inamsızlıq formalaşdırır, özünə inamı birbaşa aşağı salır.

 Bu yöntəm sadəcə ruh düşkünlüyünə və nə iləsə məşğul olmaq istəyini öldürməklə kifayətlənmir. Eyni zamanda PSIXOSOMATIK ("psixo"-ruh, "soma"- bədən. Bir şeyin digərinə təsiri, narahatlılıq, həyəcan, özünə inamın aşağı olması) xəstəliklərinə gətirib çıxarır. 


Uşaq birmənalı olaraq öz səhvlərini görə bilməyi öyrənməli və özünü olduğu kimi qəbul etməlidir. Əgər siz müqayisə etməməkdə çətinlik çəkirsinizsə, yaxşısı budur ki, uşağı özü ilə müqayisə edin: 

"Keçən yarımildə sən elə də yaxşı oxuya bilmirdin, amma indi daha sürətli və səlis oxuya bilirsən". Zaman- zaman uşaqda özünü analiz etmək bacarığını inkişaf etdirməyə çalışın, ona öz səhvlərini aradan qaldırmağı öyrədin, uğurun və uğursuzluğun səbəbini araşdırmağı öyrədin. Övladlarınıza dəstəyinizi hər zaman və hər şeydə göstərin.


Enter.News 




Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}