Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Qadın hiylələri... (xoşbəxt ailə sirri)


 
Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi
bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün
xoshbextqadin.az
sizə bir neçə məşhur "qadin hiylələrini” təqdim edir:

1. Yoldaşınız üçün daim sirli, əlçatmaz olun...

Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir. 

Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər. Həyat kişilər üçün döyüş meydanıdır – Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır. Onlar hər zaman Sizin sevginizi, rəğbətinizi, hörmətinizi qazanmağa çalışmalıdırlar.

 Hər gün, hər zaman o, bir addım öz məqsədində irəli getməlidir. Amma əgər yoldaşınız hiss etsəki, artıq sizə qalib gəlib, o, dərhal özünə başqa bir hədəf axtaracaq. Buna isə yol vermək olmaz.

2. Son qərar qəbul etmək şansını kişilərə verin...

Ağıllı qadın,xüsusilə, qonaqlıqda, evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki, onun yoldaşı ağıllıdır, hökmlüdür, əsl ailə başçısıdır. Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər, hətta belə olmadıqda.

 Qadın daim bu barədə düşünməlidir, şübhəsiz, əgər ailəsinin möhkəm olmağını istəyirsə. Uşaqlar, qoyum-əqraba bilməlidir ki, ailəni kişi qəbul edən qərarlar tənzimləyir. Halbuki, məlumdur ki, güclü ailəni – güclü, qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur!

3. Tənqiddən uzaq olun...

Bu mərhələdə qadın əsl bacarıqlarını nümayiş etdirməlidir. Xoş sözlə, düzgün hərəkətləri tə'rifləməklə - mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür. Tənqid, iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər. Ehtiyyatlı olun!

4. Eviniz rahat və səliqəli olsun...

Ağır, çətin iş günündən sonra hər bir kişi rahat, sakit, onu sevən insanlar olan evə qayıtmaq istəyir. Çalışın onun bu tələbatlarını ödəyin. Axı bu çox asan üsuldur, xüsusən, sevən qadın üçün!

5. Öz maraqlarınızı unutmayın...

Bəzi qadınlar evlilik zamanı yalnız, yoldaşlarının maraqları ilə yaşayırlar. Özlərini unudur, ikinci plana çəkir. Bu nəinki qadını, hətta bütün ailəni ucuruma apara bilər.

 Çünki, hər bir insanın uzun müddət səbirli, dözümlü, hövsələli olması sonda əsəbliliklə, psixolojı travmalarla nəticələnir. Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir, hər birinin maraqları, məqsədləri olmalıdır.

                                         XOŞBƏXT OLUN!
 





Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}