Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Ailəsiz sevgi və ya sevgisiz ailə - Şəhriyar Məhərrəmov yazır

Sevgililər günü Bakıdakı bütün otellərin otaqları cütlüklərlə dolu olur, amma onların heç biri sonra bir - biri ilə evlənmirlər.  Daha dəqiq desək, kişilərimiz qarşı tərəfi bu mövzuda qəbul etmir.
Çünki Azərbaycan kişisi sevişdiyi qadınla, sevdiyi qadınla ailə qurmur. Ailə qurduğu qadını isə sevmir, demək olar ki, yatmır da...

Sevgililər günü Bakıdakı gül mağazaları və hədiyyə, parfüm butiklərindən alınan bahalı, dəbdəbəli hədiyyələrin çoxluğu bəlkə də dünyada əksər böyük şəhərlərlə müqayisədə yüksək olur, amma bu, Bakının sevgi şəhəri olduğu və cəmiyyətimizin, xüsusən də kişilərimizin diqqətcil və sevgi hissləri ilə zəngin olması demək deyil. 
Bu həm də səmimiyyət deyil. 

Evli kişilərimizin ailədən kənar intim həyatları üçün sərf etdikləri budcəsi, subayların isə düşüncəsində "filan qızı tutmaq” və "tutubsa"  "əldə saxlamaq” kimi acğöz, eləcə də əxlaqsız gənclik maksimalizmidi. 

Məhz bu gün Bakıda ən böyük gül dəstəsini, ən bahalı hədiyyəni, ən gözəl şam yeməyi dəvətini qeyri-rəsmi və qeyri-ciddi münasibətləri olan və qarşı tərəfin (kişinin) yalnız seks partnyoru, intim müştərisi (məşuqəsi) olan xanımlar alırlar.  
Səbəb sadədir...
 

 


 
Azərbaycan kişisi həyatı boyu qadın seçərkən, münasibət qurarkən dilemma qarşısında qalır. 
Onun intim fantaziyalarına, hisslərinə, yataq prinsiplərinə uyğun biri, yoxsa bunların əksi olan sadəcə "uşaqların anası” və ya "anamın gəlini”?

Birinci tip arzulanandır, axtarılandır, ona qucaq - qucaq güllər, hədiyyələr verilib qorunandır... Amma cəmiyyət, qohum - qonşu, dost tanış, ailə, nəsil və ən başlıcası, sən (Azərbaycan kişisi) bir fərd olaraq onu, o tabunu həqiqi sevgili, həyatının qadını kimi qəbul etməyə hazırsanmı? 
Əlbəttə yox...

Bizdəki bu düşüncə, bu xasiyyət mental infeksiyadır, Azərbaycan kişisinin beyninə yapışmış bir parazitdir və sanki biz kişilər düşünərkən, beynimiz ondan qidalanır.  

Əksər cəmiyyətlərdə belə və buna oxşar hər hansı arxaik, mental təfəkkürlə yaşayan insanlardan (kişilər) başqa, aydın bir təbəqə olmalıdır və olur da.  Amma bizdə nədənsə, bu ideya (əl dəyməmiş qız alıb arvad etmək, kənarda isə sevgi yaşamaq) uğrunda həmrəylik yüksək səviyyədədir.  

Hətta saqqal uzadıb publarda, saçı rəngli, tatulu qızlarla qol-boyun pivə içən və yaxud Qərbdə təhsil alıb vətənə dönən hipermodern oğlanlarımızı da, kitab yazan, köşə yazan ziyalılarımızı da,  30-a çatmamış anaları kənddən kəsəkdən bir qız tapıb evləndirir.  

Beləcə, yuxarıda qeyd etdiyim ikinci tip qadın Azərbaycan kişisinin həyatında, daha doğrusu, evində mütləq olur və yaşayır. Bu biz kişilər üçün bir evilik, sevgi, ailə etalonudur. 

Bu bizim yəni Azərbaycan kişisinin standart vətəndaş süuruna hopmuş sevgi, ailə qanunları və qadına qarşı baxış bucağımızda büstünü qoyduğumuz eqosentrik idealogiyamızdır. 

Bəli, bizim üçün ailə, həyat yoldaşı bir başqa təsəvvürdür, sevgi, seks isə bir başqa...
Bəs Azərbaycan kişisini bu cür düşüdürən, bu cür formalaşdıran, toplum halında qanunlara tabe edən nədir, nədir bizim bu məsələyə kütləvi şəkildə inter-subyektiv yanaşmamız.

Bəli... aid olduğumuz cəmiyyətin mental mifləri bizə istədiyimiz, arzuladığımız kimi yaşamağa imkan vermir desək, qısmən özümüzə haqq qazandırmış olarıq.
 

 



Bəlkə də çoxunuz, "bu nə ağzına gələni yazıb" deyəcəksiniz və diletant köşə yazan  olduğumu düşünəcəksiniz.. olsun... Mən heç yazar da deyiləm, amma əminliklə deyirəm ki, bu sevgi və sevgi üçün nəzərdə tutulan "Sevgililər günü” Azərbaycan kişisinin mənəvi deqradasiya günüdür və mən də bir Azərbaycan kişisi olduğum üçün bu bataqlığın içində kefimdən deyil, narahat olduğum üçün yazıram.  

Sizi düşündürməyə bilər və ümumiyyətlə vecinizə də olmaya bilər, amma məni bu məsələ düşündürür ki, niyə Azərbaycan kişilərinin böyük əksəriyyəti ailə qurandan sonra kənarda seks axtarır, sevgi axtarır və ya sevdiyi, intim hisslərinə bələd olduğu, özünə seks partnyoru seçdiyi qadın ilə deyil,başqası ilə ailə qurur?

 Sevgililər günü ailəli məmurların, imkanlı iş adamlarının böyük əksəriyyəti kənarda saxladığı, gəzdiyi, sevdiyi xanımlara hədiyyələr alır. 

İnstagramda günü gündən artan, səhifələrinə model, aktrisa, aparıcı və.s  tipli peşələr yazan, əslində, peşələri bəlli olmayan, paylaşımlarında ancaq bədən ölçülərini müxtəlif pozalarda nümayiş elətdirən minlərlə profillər var. 

Bu profillərdə paylaşılan "100 qızıl güllü” böyük hədiyyə buketlərinin, bahalı parfümlərin məxfi qəhrəmanları sizin həyat yoldaşınız, nişanlınız, sevdiyiniz və ya gələcəkdə uşaqlarının anası, anasının isə gəlini olacağınız kəslərdir. 

Ardı var...
qadinkimi.com





Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}