Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Hamiləlik zamanı fiziki məşqlər - Həkim məsləhəti

 

Ginekoloq Nərminə Əskərova yazır:

Sağlam hamilə qadınlara həftədə 2-3 saat fiziki məşqlər məsləhət edilir. Bu deməkdir ki, ən azından gündə 30 dəqiqə idman edilməlidir. Fiziki məşqlərin nümunəsi olaraq gediş, üzmə və rəqs seçilə bilər. Qısa müddətli fiziki məşqlər özünüzü yaxşı hiss etmənizi təmin edir və kaloriləri yandıraraq həddindən artıq kilo alışınızın qarşısını alır. Müntəzəm bir şəkildə məşq edənlərin əzələləri, sümükləri və oynaqları güclənilir. Hamiləlik boyunca nizamlı məşqlərin faydası daha çox olur: bəzi doğuş ağırlaşmaların tezliyi, ürək və digər ciddi xəstəliklərin riskləri azalır. 


Hamilələr üçün məşq etmənin bir çox müsbət faydaları vardır. Gestasion (yəni, hamiləlik zamanı baş verən) şəkərli diabetin inkişafının qarşısını almağa köməkçi olur, məşq edərək stress azalır, doğuş sonrası alınan kiloların verilməsini asanlaşdırır.


Məşq etməyə başlamadan əvvəl həkiminizlə mütləq əlaqə saxlayın. Bütün hamilələrə, xüsusilə də, erkən doğuş riski olanlara, məşq etməsi məsləhət görülmür. Əvvəl həkiminiz fiziki məşqləri etməyə icazə verməlidir. Sonrakı mərhələ nə cür bir məşq edəcəyinizə qərar verməkdir. Zövq alacağınız şeyləri seçmənizdə fayda vardır. Fərqli şeyləri cəhd edə bilərsiniz. Məsələn, 30 dəqiqə boyunca gediş və ya yoga edə bilərsiniz. Üzmə, hamiləlik dövründə çox yaxşı bir idmandır. Ayrıca, hamilələr xüsusi yoga və yüngül aerobika dərslərinə qatıla bilərlər.


Fiziki aktivliyi seçərkən diqqətli olun. Ağır və çox ritmik idmanlardan uzaq durun. Xüsusilə, birinci trimestrdan sonra bel üstündə uzanmanızı tələb edən məşqlərdən uzaq durun. Bel üstündə uzananda, boyümüş uşaqlıq aşağı boş venanı sıxır və nətəcədə qan dövranı pozulur. Bu körpənin qan dövranı sistemində çox təhlükəli ağırlaşmalara səbəb ola bilər. 


Məşq edərkən, bədəninizə və necə özünü hiss etdiyinizə diqqət edin. Məşqlər həddindən artıq olmamalıdırlar. Vaginal qanaxma, baş gicəllənməsi, baş ağrısı, qarında ağrı, sinə ağrısı, uşağın hərəkətlərində dəyişmə və ya diger problemlərlə qarşılaşsanız məşqi buraxın və dərhal həkiminizlə əlaqə saxlayın.
Əgər aşağıdakı vəziyyətlərdən biri sizdə varsa, məşq etməyi məsləhətli deyil: uşaqlıq boynunun qısalması, erkən doğuşun təhlükəsi, çox döllü hamiləlik, ciftin daxili dəliyinə yaxın yerləşməsi, hestoz, hipertoniya, hamiləlik zamanı qanaxma, ağır ekstragenital xəstəlikləri və s..


 
Ginekoloq Nərminə Əskərova
xoshbextqadin.az





Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}