Mükəmməl qadın olmağın 20 qızıl qaydası
- 21-09-2022, 13:52
- Biz və kişilər / Psixoliji məsləhətlər
- 0
- 2 769
Mükəmməl qadın olmaq sizin əlinizdədir. Xoshbextqadin.az mükəmməl qadın üçün tələb olunan qızıl qaydaları təqdim edir.
1. Bir məkanda tək başına yemək yeyə bilmək və bunu sevərək etmək.
2. Pulunu qənaətlə xərcləyərək, istədiyi alış-verişi etmək.
3. Köhnə sevgilinin mesajını gözləməmək.
4. Makiyajsız çölə çıxa biləcək cəsarəti olmaq və nizamlı şəkildə dəriyə qulluq etmək.
5. İş yerindəki çətinliklərlə sinə gərmək.
6. Yaşadığı ayrılıqları depresiyaya düşmədən öhdəsindən gəlmək.
7. Tək başına tətilə çıxmaq

8. Sevmədiyi insanları həyatından asanlıqla çıxarda bilmək.
9. Başına gələn xoşagəlməz şeylərlə əlaqədar şikayət etməyi buraxıb onu düzəltmək üçün bir şeylər etmək.
10. Maddələr mübadiləsinə uyğun şəkildə qidalanmaq.
11. Bədəninə yaxşı baxmaq və nizamlı məşq etmək.
12. Yox deyə bilməyi bacarmaq.
13. İstədiyi saçı bərbərə ən yaxşı şəkildə izah edə bilmək.
14. Sərxoş olduğu zamanda özünü idarə edə bilmək.
15. Paltara biraz daha pul xərcləməklə kefiyyətinin daha uzun müddətli olacağını düşünmək.

16. Ən az iki növ yeməyi ləzzətli bişirmə bilmək.
17. Tək başına əylənə bilmək, özünü sevmək və özünə zaman ayırmaq.
18. Başqalarının düşüncələrinə görə yaşamamaq.
19. Haqlıykən haqsız durumuna düşməmək üçün səbr etmək.
20. Haqsız olan zaman üzr istəmək.
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.