Neçə vaxtdır bu mövzu ətrafında çox düşünürdüm.Nəhayət qərara aldım ki bu sorğunu keçirim və nəticəni sizinlə paylaşım."Kişilər qadınları niyə qısqanır?"
Ümumiyyətlə kişilər niyə qısqanır?Bu sorğunu qadınlar və kişilər arasında keçirtdim.Müxtəlif cavablar aldım
31 yaş hərbiçi (kişi):Kişi qadınını sevərsə qisqanar şəxsən mən eləyəm.Sevəndə dəhşət qısqanc oluram.Sevmədiyimə laqeyd davranıram.Mənə görə qısqanclıq sevgidən gəlir.
26 yaş dövlət qulluqçusu(kişi):Mənə görə yalnız qısqanclıq özünəinamsızlıqdan irəli gəlir.Mən özümə inanıramsa qarşımdakı qadınada güvənərəm.
21 yaş tələbə (kişi):Bunu müxtəlif cür demək olar.Ama öz subyektiv fikrimcə bu qarşındakına yox ətrafa güvənsizlikdən yaranır.
Mən sevgilimə güvənirəm, amma ətrafdakılara güvənmirəm.Ən azından ən kişiyəm kişilərin çoxunu bilirəm.
34 yaş maliyyəçi (kişi):Məncə hər şeyin həddi,dərəcəsi,yeri var.Həddindən artıq güvənsizlik artıq xəstəlik əlamətidir.Ama sevən oğlan dərəcəsində qısqanar.
31 yaş biznessmen (kişi):Xanım bilirsən?Kişilərdə sahiblənmə hissi var.Yəni ona elə gəlir ki,qarşındakını itirəcək çox vaxt ona görə qısqanır.
42 yaş müəllim (kişi):Bu xarakterdən aslı olan bir şeydir.
24 yaş iqtisadçı (kişi):Qarşındakına güvənirsənsə niyə qısqanmalısan?Qısqanırsansa niyə hələdə birlikdəsən?Təbii ki bu xəstəlikdir.
27 yaş tərcüməçi (kişi):Bu əslində özünə olan inamsızlıq,qarşındakına duyduğun güvənsizlikdir.Qısqanclıq olan yerdə sevgidən söhbət gedə bilməz.
Ən azından güvən olmayan yerde sevgi ola bilməz.Qısqanclıq da eyni obrazdadır.
52 yaş həkim (kişi):Qısqanclıq?Qısqanclıq sevgidən yarana bilməz.Kişilərin sahib olma istəyi və bağlılıq nəticəsində yaranan eqoizmdir.
Mən güvənmirəmsə qısqanaram.Bunun əsasında ya özümə,ya da qarşımdakına olan güvənsizlik durur.Sevgi ilə qısqanclığın heç bir əlaqəsi yoxdur. Dəhşətli dərəcədə olan qısqanclıq psixi pozğunluq əlamətidir.
36 yaş texnoloq (kişi):Çox maraqlı və gərəkli sualdır.Məncə qısqanclıq növlərə ayrılır.
Güvənsizlikdən yaranan aşırı qısqanclıq,sevgidən yaranan qısqanclıq.Bir qadının hara getdiyinə,nəyi geydiyinə,nə etdiyinə qarışırsansa,hər şeyi icazə ilə etməsini gözləyirsənsə bu aşırı dərəcədədir.
Qadının da fikir və istəklərinə hörmətlə yanaşmalısan.Məncə özgüvəni olan kişi qısqanmaz.Ailəliyəm qadınıma da,özümə də güvənirəm.
Biz yalnız hər şeyi məsləhətlə edirik.Kişilər bir düşünsün.Biz necə sərhədlənməyi sevmiriksə,qarşı cinsədə əgər həmən insanı həqiqətən sevib dəyər veririksə bu azadlığı onada verməliyik.Uşaqlıq,qısqanclıq edib münasibətlərinizi çürütməyin.
Qadınlardan keçirdiyim sorğu əsasında aldığım cavablar:
21 yaş evdar qadın:Aşırı dərəcədə olan qısqanclıq güvənsizlik...Qadını incitməyəcək dərəcədə olan qısqanclıq isə sevgidən irəli gəlir.
26 yaş müəllimə:Məncə qadınların onlardan daha yüksəklərə qalxıb ucala biləcəklərini bildikləri üçün qorxurlar.Bunun başqa açması ola bilməz.
20 yaş tələbə:Qısqanclıq,sərhədləmə,azadlığın nəzarətə alınması yalnız xəstəlikdir...
30 yaş müəllimə:Məncə sevən insan qısqanar amma həddində
32 yaş evdar qadın:Qısqanclıq yalnız və yalnız güvənsizlikdir.
40 yaş kosmetoloq:Qısqanclığın dozası da yeməyin duzu kimidir.Çox olarsa xoşa gəlməz.Hər şey yerində qədərində daha gözəldir.
25 yaş tibb bacısı:Bu amil mənə çox yaddır.Qısqanclığı mən hörmətsizlik kimi qəbul edirəm.Yalnız güvəni olmayan biri qısqanar.
43 yaş həkim:Qısqanclıq zamanından,məkanından aslı olmayaraq.Xanımına etdiyin hörmətsizlikdir.
Bunu yalnız özünəinamın aşağı olması ilə açıqlamaq olar.Özünə inanan kişi də heç qısqanar?Yox təbii ki,qısqanclıq güvənsizlikdir...
Keçirdiyim sorğu əsasında qısqanclığa sevginin sübutu kimi baxanda oldu.Onu güvənsizlik hətda xəstəlik kimi adlandiranda.
Belə nəticəyə gəlmək olar ki,yalnız şirin qısqanclıqlar xoş olsada,qısqanmağın başlıca amili özgüvənsizlikdir.
Məncə qısqanclıq qarşındakına etdiyin hörmətsizlik və ona duyduğun güvənsizlikdir.
Sevən insan güvənər.Güvənən insan etibar edər.Etibar edən insan isə qəti şəkildə qarşısındakını sərhədləməz və qısqanmaz...