Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Vacib imtahandan əvvəl nə yemək lazımdır? 4 faydalı məhsul


Bilirik ki, yaxşı qidalanmaq bizə enerji verdiyi kimi daha uzun və daha doyurucu bir həyat yaşamağımızı da təmin edir.



Bəs hansı qidaların və içkilərin beyninizə yaxşı təsir etdiyini və bir imtahanda uğurlu olmağınıza kömək edəcəyini bilirsinizmi?



Yaşıl çay
Əsas tərkib: Polifenol


Faydası: Beyni qoruyur və ruh sağlamlığına yaxşı təsir edir
Yaşıl çayın tərkibindəki acıya dadan maddə olan polifenollar, beyni yaşlanmaqdan qoruya bilir.



Bu maddənin hüceyrə səviyyəsində böyüməyə köməkçi olan canlandırıcı bir təsiri mövcuddur.

Bundan əlavə yaşıl çay pozitiv zehni vəziyyətin açarı olan dopamin istehsalını təşviq etməsilə də tanınır.



İmtahandan əvvəl ən çox ehtiyacınız olan şeylərin başında pozitiv bir ruh halı gəlir, narahatlıq ya da qorxu deyil.

Yumurta
Əsas tərkib: Kolin

Faydası: Yaddaşı inkişaf etdirir

B vitamini oxşarı maddə olan kolin, beynin daha asan xatırlamasını dəstəkləyir.

Edilən bəzi araşdırmalar kolin qəbulundakı artımın yaddaşı inkişaf etdirə biləcəyini ortaya çıxarıb. 

Yumurta sarısı isə ən zəngin təbii kolin qaynaqları arasında yer alır.


Qoz, fındıq, badam

Əsas tərkib: Omega – 3 yağlı turşular

Faydası: Beyin funksiyalarında yaxşılaşma

Omega–3 yağlı turşular DHA, beyində olan başlıca çoxlu doymamış yağ turşusudur.


Tərkibində Omega-3 olan qidalarla zəngin bəslənmək beyin funksiyalarını və ruh halını inkişaf etdirə bilir.

Qara şokalad

Əsas tərkib: Flavonoid və kofein

Faydası: Fokuslanma və konsentrasiya

Tərkibindəki flavonoiddən gələn güclü antioksidantların xüsusiyyəti ilə bağlı olaraq qara şokalad


 yüksək təzyiq və xolesterin dərəcəsini aşağı salır. 

Qara şokaladın ən faydalı yönlərindən biri də tərkibindəki xəbərdaredici maddə olan kafeindir.

 Niyə? Çünki enerjinizi fokuslamağı təmin edir. 

Lakin həddən artıq kafein qəbulu sizi yerinizdə dayana bilməyəcəyiniz bir həddə gətirə bilər və


bu da imtahan müddətində rahat oturmağınızı çətinləşdirə bilər. 

Buna görə də qara şokaladı qəhvə ya da çay ilə qarışdararaq yox, tək qəbul edin.






Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}