Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Sevgilinizə Bunlardan Söz Salmayın – Münasibətiniz Korlana Bilər

Münasibətlərdə dürüstlük ən vacib amildir. Ancaq qadın sevgilisinə sirli və cazibədar görünməsi üçün bəzi şeyləri ondan gizli saxlasa yaxşı olar.


 Sirliqadın.az  
sizi sevgilinizdən gizli saxlamalı olduğunuz bəzi məqamlardan agah edəcək:


                                                        Keçmişdən söz salma


 Qarşılıqlı münasibət zamanı bəzən elə olur ki, qadın sevgilisinə keçmiş münasibətlərindən söhbət salır.

 Bəzən isə əks tərəf də sevgilisinin keçmiçşi ilə maraqlanır. Lakin bu o demək deyil ki, o həqiqəti eşitmək istəyir. 

Bəlkə də o "sənin kimi heç kəsi sevməmişəm” kəlməsini eşitmək istəyir. Bunu nəzərə almaq lazımdır.


Başqa kişiyə olan simpatiyandan bəhs etmə

Qızların heyan olduqları insanlar tez-tez dəyişə bilər.

 Bu gün əgər siz hansısa iş yoldaşınıza simpatiya bəsləyirsinizsə, sabah həmin şəxs izlədiyiniz serialda baş rolu canlandıran aktyorla əvəzlənə bilər.


 Bu barədə öz sevgilinizlə bölüşməyiniz heç də vacib deyil. 


Çünki o sizin bu səmimiyyətinizi başqa cür qiymətləndirəcəkdir. 


Sevgiliniz onun sizi qane etmədiyini düşünəcək və ya qısqanaraq sizi yoxlamağa çalışacaq.

 

Xəstəliklər və ya şəxsi gigiyena haqda danışma


 
Sevdiyiniz insana şəxsi gigiyenanızdan və müxtəlif xəstəklərdən söhbət açdığınız təqdirdə onun gözündə adiləşərək öz statusunuzu itirə bilərsiniz. Əgər onun sizi əzizləməsini istəyirsinizsə, o zaman sadəcə başınızın və ya qarnınızın ağrıdığını deyin.

 İntim detalları açıqlamağa gərək yoxdur. Yaxşı olar ki, epilyasiya, diş təmizləməsi, manikur və pedikur kimi prosedurlar haqda da məlumatları gizli saxlayasınız. Oğlanlar üçün onsuz da bu maraqlı deyil.


                                            Qısqandığınızı bəlli etməyin

Sevdiyinizi qısqansanız belə yaxşı olar ki, onun smslərini oxuduğunuzu, sosial şəbəkələrdə izlədiyinizi bəlli etməyəsəniz.

Bu cür rəftar etməyiniz üçün yəqin ki, ciddi səbəblər var.

 Çünki bu sevdiyiniz insana olan güvənsizlikdən və inamsızlıqdan xəbər verir. 

Bu isə arada olan isti münasibətə mənfi təsir göstərir.

 Həmçinin də, kişi cinsin nümayəndələri üçün azadlıqları çox əhəmiyyətlidir. 

Onlar şəxsi həyatlarına edilən müdaxiləni faciə kimi qiymətləndirirlər.

 

 

1arada.az






Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}