Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Uşaq pudrasının zərərləri: İstifadə edərkən DİQQƏTLİ OLUN!

Uşaq pudrası anaların ən yaxın köməkçisidir. Onlar körpələrinin həssas dərisini qorumaq üçün adətən bu vasitələrdən istifadə edirlər.


Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi, Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 5 markada “müəyyən kanserogen” olaraq təyin olunan “asbest” maddəsinə rast gəliblər.
 
Məlum olub ki, bəzən şüursuzca istifadə edilən uşaq tozları yeniyetmələrdə və körpələrdə illər sonra ölümcül xəstəliklərə səbəb ola bilər.

Uşaq tozunun zərərləri nələrdir?
Uşaq pudrası ənənəvi olaraq körpələrdə uşaq bezinin yaratdığı səpkilərin qarşısını alır və dərilərinin yumşaq olmasını təmin edir.


 Səpki, körpələrdə ən çox rast gəlinən dəri problemidir. Buna görə də analar səpki problemi üçün bir neçə metodlardan istifadə edirlər, toz da onlardan biridir.

Eyni zamanda, körpə tozu gözəllik sahəsində istifadə edilən çox təsirli bir məhsuldur. Mütəxəssislər buna qətiyyətlə “yox” deyir.


 Çünki bu maddə əslində bədəndəki nəmi çəkərək içinə hopur. Bu da dərinin qurumasına gətirirb çıxarır və daha çox səpkiyə səbəb olur.
 
Pudra toz halında olduğuna görə tökülərkən ağciyərlərdəki alveollara enə bilər. Bu da ağciyərə yad bir cisim olaraq təsir göstərər.

Uşaq pudrası boyun, qoltuqaltı, cinsiyyət bölgəsi və qırışların altına yığılır. Nəticədə bu bölgələrdə ikinci infeksiyaların yerləşməsinə səbəb ola bilər.

Uşaq tozunda olan asbest ağciyər xərçənginə səbəb olur. Bu səbəbdən bəzi ölkələrdə, xüsusən Amerikada uşaq tozunun istifadəsi qadağan edilib.

Uşaq tozunun toz hissəcikləri sidik-cinsiyyət sistemindən keçərək yumurtalıqlarda yerləşə bilər. Araşdırmalara görə, cinsiyyət orqanlarında tez-tez istifadə olunan körpə tozu yumurtalıq şişlərinə səbəb olur.

Təbii uşaq pudrasını necə hazırlamaq olar?
Bunun üçün bizə yarım stəkan qarğıdalı nişastası, 5-6 damla çobanyastığı yağı lazım olacaq. Nişastanı bir şüşə qaba qoyun.


 Daha sonra nişastanın üzərinə bir neçə damla çobanyastığı yağı tökün. Onları yaxşı qarışdırın. Əldə etdiyiniz bu tozu körpənizə könül rahatlığı ilə istifadə edə bilərsiniz.

Sirliqadın.az




Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}