Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

30 yaşdan sonra hamiləlik

 
Statistikaya görə, artıq qadınların çoxu 30 yaşdan sonra hamilə olur. Avropa ölkələrində 4 qadından biri 35 yaşdan sonra hamiləliyə üstünlük verir. Buna səbəb maddi və mənəvi cəhətdən hələ də hazır olmamaları, hamiləlik üçün testlər, analizlər və müalicələrdir. Mütəxəsislər hesab edirlər ki, tibbin bu qədər inkişafı qadınlarda arxayınlıq yaradır. Onlar 30 yaşda belə asanlıqla ana ola biləcəkləri halda, hamiləliyi 30 yaşdan sonra düşünürlər. Bununla belə hər bir qadın 30 yaşdan sonra hamiləlikdə yarana biləcək fəsadlardan məlumatlı olmalıdırlar.

Əgər qadın sağlam həyat tərzi keçirirsə, keyfiyyətli qidalarla qidalanır, aktiv həyat tərzi sürür, zərərli vərdişlərdən uzaqdırsa, bu zaman 30 yaşlı qadın 20 yaşlı qadının keçirdiyi hamiləliyi yaşayacaq və asanlıqla körpəsini dünyaya gətirəcək. Bununla belə bu yaşın öz fəsadları da var. Məsələn, 30 yaşdan sonra döllənmə aşağı düşür və hər zaman hamiləlik baş tutmur. Hamilə olduğunu bilən hər bir qadın yaşından asılı olmayaraq həyəcan və qorxu keçirir. 30 yaşlı qadın mütləq ilk öncə hamiləlikdən əvvəl həkimə müraciət etməli, bir müddət müalicə almalıdır. Sonra isə uşağın sağlamlığı və inkişafı daim həkim nəzarətində olmalıdır. Mütamadi olaraq bütün yaranan problem və risklər həkim tərəfindən xüsusi sənədlərə qeyd edilir. Bir çox analar çox həyəcan keçirir və əsəbləşirlər. Düşünürlər ki, yaranan problemlər bütün hamiləlik boyu davam edəcək. 

Əksinə, sakit və şən olmalıdırlar ki, bu da körpəyə yaxşı təsir göstərir. Lakin ana olmağa hazırlaşan qadınlar əsəbləşməməli, həyəcan keçirməməlidirlər. Bu o demək deyil ki, indi olan problem bütün hamiləlik boyu davam edəcək. Həkim bunun olmaması üçün müxtəlif üsullarla və müalicələrlə həm ananın, həm də körpənin sağlamlığının qayğısına qalır. 

30 yaşından sonra hamilə qadınlarda 2 koteqoriyda risk mümkündür.  Potensial, yəni faktiki risk qadın sağlamlığının pozulması hər hansı xroniki formada olması göstərilir. Əgər qadın bu günə kimi heç bir xəstəlik və pis vərdişlər yaşamayıbsa, yenə də qorxmağa dəyməz.

Lakin qəbul etməliyik ki, yaşla əlaqədar olaraq bədənin immuniteti aşağı olur, bir çox qadınlarda qan təzyiqi artıq yaranır. Qan təzyiqi olan xanımlar isə hamiləliyi çox çətin keçirir. 30 yaşlı qadınlarda artıq çəki, şəkərli diabet və digər xroniki patologiya varsa, hamiləlik çox risklidir. Buna görə də mütləq həkim məsləhəti ilə hamiləlik davam etməli, mütamadi həkim nəzarətində olmalıdırlar. 90 faiz 30 yaşdan sonra qadınlar qeysəriyyə əməliyyatı ilə körpəsini dünyaya gətirmək məcburiyyətində olurlar. Buna səbəb yuxarıda qeyd etdiyimiz problemlərdir.
 
xoshbextqadin.az






Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}