Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Bronxial astma və hamiləlik

Əvvəllər belə hesab olunurdu ki, hamiləlik astmadan əziyyət çəkən qadın üçün ciddi risk faktorudur.





Astma xəstəliyi olan qadınlara (xüsusilə xəstəliyin ağır formalarında) ümumillikdə hamilə qalmaq tövsiyə edilmirdi.
Müasir tibbdə astma xəstəliyi haqqında olan təsəvvür və onun müalicə prinsipləri xeyli dəyişilib. Hal hazırda belə hesab olunur ki, astma xəstəliyi olan hamilə qadının problemləri xəstəliyin mövcudluğu ilə deyil, bu xəstəliyə düzgün olmayan və ya kifayət etməyən nəzarətlə bağlıdır.
Döl üçün əsas risk faktorlardan biri hipoksiya (qanda oksigenin kifayət olmaması) sayılır. Hipoksiya dölün inkişafının pozulmalarına səbəb ola bilər. Astma xəstəliyinə düzgün nəzarət olunmadıqda hamilə qadında boğulma tutmaları inkişaf edir. Bu zaman bronxların kəskin spazmına görə qadının nəfəsalması pozulur. Nəticədə həm hamilə qadın, həm də döl əziyyət çəkir. Təbii ki, belə boğulmaların sayı artdıqca hamiləliyin proqnozu da pisləşir, yəni hamiləliyin normal gedişatı pozula bilər (ağır toksikoz, hamiləliyin pozulmasının təhlükəsi və s.), uşaqda inkişaf pozulmalarının riski artır. Bu xüsusilə hamiləliyin əvvəlində təhlükəlidir ki, bu dövrdə uşağın əsas orqan və sistemlərin təməli qoyulur.
Lakin əgər hamiləlik zamanı astma xəstəliyinin kəskinləşməsi olmazsa, hamiləlik və döl üçün heç bir təhlükə olmayacaq. Bu səbəbdən sağlam körpə həyata gətirmək istəyən astma xəstəliyi olan qadın həm hamiləlikdən əvvəl, həm hamiləlik zamanı mütləq lazım olan müalicə almalıdır.
İlk növbədə astma xəstəliyi olan qadın gələcək hamiləliyini planlaşdırmalıdır. Planlaşdırma mərhələsində qadın bütün lazım olan müayinə və analizlərdən keçməlidir və xüsusilə pulmonoloq həkimi tərəfindən diqqətlə müayinə edilməlidir.
Hamiləlik zamanı bronxial asma xəstəliyinin gedişatı bəzən dəyişilir. Belə hesab olunur ki, hamiləlik zamanı xəstəliyin gedişatı müəyyən faiz qadınlarda yaxşılaşır, digərlərində dəyişilməz olaraq qalır, bəzilərində isə əksinə pisləşir.
Astma xəstəliyi olan hamilə qadın hamiləliyin ilk günündən doğuşa kimi həm ginekoloqun, həm də pulmonoloqun ciddi nəzarəti altında olmalıdır. Müalicə həkimi ilə məsləhətləşmədən heç bir dərman preparatları (hətta vitaminlər) qəbul etmək olmaz.
Hamilə qadınlar adətən dərmanlar qəbul etməkdən qorxur. Lakin bəzən (o cümlədən, astma xəstəliyi zamanı) məhz düzgün seçilmiş müalicə hamiləliyin uğurla başa çatmasına imkan yaradır.
Hamiləlik zamanı astma xəstəliyi olan qadın daim müalicə almalıdır. Adətən həkimlər inhalyasiya preparatları təyin edir. Bu preparatlar bronxlarda maksimum təsir edir, qana isə cüzi miqdarlarda düşür.
Hamiləlik zamanı xəstəliyin kəskinləşməsinə mümkün qədər yol verilməməlidir. Əgər qadında hamiləlik zamanı boğulma tutmaları inkişaf edirsə, onlara qəti şəkildə dözmək olmaz. Bu çox təhlükəlidir. Dərhal pulmonoloqa müraciət edin ki, sizə daha effektli  müalicə təyin olunsun. Kəskinləşmə dövrlərində hormonal müalicə tətbiq oluna bilər.
Adətən astma xəstəliyi olan hamilə qadın üçün təbii doğuş əks-göstəriş sayılmır. Lakin hər bir halda bu məsələ fərdi şəkildə qadının vəziyyətindən və hamiləliyin gedişatından asılı olaraq həll olunur.




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}