Xoşbəxt Qadın > Balamı sevirəm > Oğlan anası olmağın üstünlükləri

Oğlan anası olmağın üstünlükləri


9-03-2019, 11:59. Müəllif: aysel

 
Əgər oğlunuz varsa...

Kiçik də olsa bir kişinin ilk eşqi siz olacaqsınız.

Qalstuk, bantik, pencək geyən kiçik bir adam yaradacaqsınız, həyat yoldaşınıza geydirə bilmədiyiniz şeylərin həvəsini ondan alacaqsınız.

Həyatınızın kişisinin miniatür bir kopyası hər an yanınızda olacaq.

Onun arxasınca qaçıb və tökdüklərini yığmaq onsuz da 2 saatlıq məşqə bərabər olduğu üçün əsla idman və diyet etmək məcburiyyətində qalmayacaqsınız.

Həyat yoldaşınızdan daha çox sevə biləcəyiniz başqa bir kişi yoxdur deyə düşünərkən əksini isbatlarcasına gələn bu kiçik şahzadənizə aşiq olacaqsınız.

Avtomobillər haqqında tezis yazacaq qədər məlumat sahibi olacaq, onunla birlikdə heç eşitmədiyiniz avtomobil markalarını belə öyrənəcəksiniz.

Bu günə qədər ortaya çıxara bilmədiyiniz maskalana bilmək tərəfinizi kiçik adamınız ilə birlikdə kəşf edəcək və əyləncənin dadını çıxaracaqsınız.

Sizin ən cavan yoldaşınız, sirdaşınız, dərd ortağınız olacaq.

Futboldan və topdan artıq əvvəlki qədər nifrət etməyəcək və dünyanın ən xoşbəxt "qol” deyən anası olacaqsınız.

Onunla birlikdə düz divara belə dırmaşacaq qədər təcrübəli bir alpinistə və yerlərdə sürünən əsgərə çevriləcəksiniz.

"Sən kişi söhbətindən anlamazsan” sözlərinə inad kiçik adamla birlikdə kişi söhbətləri edəcək, kişi deyimlərinə yaxşıca dost olacaq və ərinizin dünyasına hiyləgərcə yaxınlaşma fürsəti tapacaqsınız.
 
xoshbextqadin.az
 


Geriyə qayıt