Evdarlıq sirləri
- 13-09-2023, 21:50
- EV / Mətbəx qaydaları / Praktik məsləhətlər
- 0
- 2 812
Kartofu,ya da başqa tərəvəzi soyub doğramazdan əvvəl əllərinizin qaralmaması üçün ovcunuza sirkə töküb sürtün.
Əgər belə etməyi unutmuşsunuzsa,kartof,badımcan,çuğundur doğradıqdan sonra əlinizin qaralmış yerlərini,xüsusən barmaqları limon qabığı ilə silib təmizləmək olar.
Soğan,sarımsaq doğradıqdan sonra əllərinizi azca su qatılmış nəm duz ilə sürtüb yuyun.Belə etdikdə əllərinizdən soğan-sarımsaq qoxusu tamamilə çəkiləcək.

Tərəvəzi emallanmış qabda bişirmək lazımdır.Bu məqsədlə emalı azca belə tökülmüş qabdan da istifadə etmək olmaz.
Az miqdarda kələmi (5-10 kq) şüşə,saxsı,gil qablarda,yaxud da emallı qazanda duza qoymaq məsləhətdir.
Süd qaynatmaq üçün altı qalın qazandan istifadə edin:belə qazanı su ilə yaxalayıb süd qaynatsanız dibi yanmaz.
Süd uzun müddət təzə qalıb turşumasın deyə qaynayana yaxın qışda içərisinə azca şəkər tozu(1 l südə yarım xörək qaşığı),yayda isə bir çimdik çay sodası tökmək lazımdır.
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.