Ərzaqları hansı qaydada saxlamaq düzgündür?
- 20-01-2023, 21:51
- Mətbəx qaydaları / Praktik məsləhətlər
- 0
- 1 363
Ərzaqların düzgün saxlanmasi:
1. Kartof çürüməməsi üçün onu almalarla birlikdə saxlayın.
2. Əgər kolqotkaların içində soğanı saxlasaq, o 8 aya qədər xarab olmayacaq.
3. Doğranmış yaşıl soğanı, plastik butulkalarda soyuducunun dondurucu kamerasında saxlayın. Yalnız onu butulkaya doldurmamışdan əvvəl quru olmasına əmin olun.
4. Göyərtini "buket" şəklində gül kimi suya qoyub, sonra paketlə örtün, rezinlə bağlayın və soyuducuya qoyun. Bu -cəfəri, reyhan, kinza və soğan kimi belə tərəvəzləri daha uzun müddət saxlamağa kömək edəcək.
5. Yağlı otları göyərtinin başqa növlərindən ayrı saxlayın. Belə otları, məsələn kəklikotunu bərk dəstə halında bağlamaq və təmiz havada saxlamaq lazımdır.
6. Sirkə və suyun qarışığından məhlul hazırlayın (1/10 nisbətində). Bu məhlulda giləmeyvələri isladın, sonra qurudun, silin və soyuducuya qoyun.
Məhlul kifayət qədər suyla durulaşdırılmış olmalıdır, ona görə də sirkə iyini siz hiss etməyəcəksiniz. Belə məhlulla yuyulmuş giləmeyvələr, məsələn, moruq 1 həftədən çox, çiyələk isə– tam iki həftəyə qədər təzə qalacaq.
7. Bir çürük alma bütünü qalanları korlaya bilər.
8. Pendir kəsilmiş tərəfdən qurumaması üçün onun həmin hissəsinə az miqdarda kərə yağı yaxın.
Bundan başqa pendir onun üçün xüsusi kağıza və ya mumlanmış kağıza bükün və sonra paketə qoyun. Pendiri soyuducunun (pendir və ya tərəvəzlər üçün yeşikdə) ən ilıq hissəsində saxlayın.
Ərzaqları hansı qaydada saxlamaq düzgündür?
Məhsulları bu şəkildə saxlayın:
1. Soyuducuda temperatur – 5ºС və ya aşağı. 2. Yeşiklərdə rütubət səviyyəsini yoxlayın. 3. Bütün qalıqları şüşə konteynerlərdə 4 günə qədər saxlayın.
4. Heç vaxt yeşiklərdə tərəvəzləri, meyvələr və əti qatışdırmayın.
5. Soyuducunun qapısında süd və tez xarab
olan məhsulları saxlamayın.
6. Ət və dəniz məhsulları alt rəfdə saxlayın. Onları düzgün qablaşdırın ki, onlardan başqa məhsullara su
axmasın.
7. Hava soyuducuya azad keçməlidir, onu doldurmayın.
8. Meyvələr, tərəvəz və əti istifadə etməyə hazırlaşmırsınızsa
onları kəsməyin. Bütöv şəkildə məhsullar daha yaxşı saxlanılır.
9. Əvvəl alınmış məhsulları ön plana qoyun ki, onu görüb, mümkün
qədər tez istifadə edəsiniz.
10. Soyuducunu daim təmizləyin. Nə xarab olubsa dsərhal onu soyuducudan azad edin.
1. Bananların birləşmiş hissələrini nazik qida polietilen pərdəsiylə bükün, belə onlar 3-5 gün və daha uzun müddət qalacaqlar. Həmçinin, bananlar özlərindən daha çox etilen buraxır, ona görə də onları başqa tərəvəzlərdən və meyvələrdən daha uzaq yerdə saxlayın.
2. Kağız dəsmalla bu hiylə sizin kahı-salatınızın bütün həftəni təzə qalmağa kömək edəcək. Çünki dəsmal rütubəti udacaq.
3. Soyuducuya kərəviz, brokkoli və kahını qoymazdan əvvəl, onları folqaya bükün.
4. Şüşə banklar məhsulların saxlanılmasında əvəzolunmazdır. Onlar plastik konteynerlərdən daha çox faydalıdır.
5. Pomidorları sellofan paketlərdə saxlamırsınız – çünki "bükülmüş" etilen çürüməni sürətləndirəcək. Kal pomidorları aşağı hissədə kağız paketdə onlar yetişincəyə qədər ayrıca saxlamaq lazımdır. Yetişmiş pomidorları otaq temperaturunda yuxarı ayaqda, günəş işığından uzaq yerdə saxlamaq lazımdır
6. Butulkaların qapaqlarını paketlərə bağlamaq olar. Yalnız qapağı yerləşdirməzdən əvvəl əmin olun ki, paketdə məhsullar quru haldadır.
7. Fındıqları aldıqdan sonra mümkün qədər tez qızartmaq lazımdır. Qızardılmış fındıqların dadı və ətiri daha çox qalır, həmiçinin dondurucuda saxlamaq lazımdır.
8. Göbələkləri sellofanda deyil, kağız paketdə saxlayın.
9. Kartofla soğanı bir yerdə saxlamayın – onlar bir yerdə daha tez xarab olacaq. Sərin quru yerdə, hava dövriyyəsi yaxşı olan yerdə soğan 2-3 ay qalır.
- Müəllif: Deniz