Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Dişlərin ev şəraitində ağardılması


 
Bəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq mümkündür.

Nəzərinizə çatdıraq ki, bəzi sadaladığımız vasitələrdən btez-tez istifadə etmək olmaz, bu diş emalının zədələnməsinə səbəb ola bilər. Dişləriniz çox həssasdırsa, daha diqqətli olmalısınız.

1. Duz

Diş fırçasını narın duza batırıb dişlərinizi fırçalayın. Bunu həftədə 1 dəfədən artıq etmək olmaz. Digər üsul - diş fırçasına bir qədər diş məcunu sıxın, üzərinə duz tökün və dişlərinizi fırçalayın.

2. Banan qabığı



Banan qabığının içi ilə dişlərinizi yaxşı sürtün, 10 dəqiqə gözləyin və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Bu üsul diş emalına, təbii ki, mənfi təsir etmir.

3. Soda

Soda ən yaxşı ağırdıcı vasitədir. Diş fırçasına az miqdarda diş məcununu sıxın, sodaya batırın (2-3 damcı limon şirəsi də sıxa bilərsiniz) və dişlərinizi yaxşı təmizləyin.

 Bu üsuldan tez-tez istifadə etməyin - diş emalı zədələnə bilər. Bu üsuldan həftədə 1 dəfə istifadə etmək olar.

4. Hidrogen peroksidi + soda

Bu ən effektli üsuldur. Lakin ehtiyatlı olmaq lazımdır. 1 çay qaşığı sodanı az miqdarda 3%-li hidrogen peroksidi ilə qarışdırın (pasta kimi alınmalıdır) və dişlərinizi 3 dəqiqə ərzində yaxşı təmizləyin.  Daha sonra ağzınızı yaxşı yaxalayın. Bu üsuldan həftədə 1 dəfə istifadə edin.

5. Çay ağacı yağı

Çay ağacı dişləri ağardır və həmçinin damaqları möhkəmləndirir, ağız boşluğuna antiseptik təsir edir, ağızdan gələn pis qoxunu yox edir. Bu üsul dişlərə heç bir mənfi təsir etmir.

Dişlərinizi adi qaydada diş məcunu ilə yaxşı təmizləyin, sonra fırçanı yuyun və üzərinə 3 daçcı çay ağacı yağı əlavə edib dişlərinizi yenidən təmizləyin.
Bunu gündə 1 dəfə 1 ay ərzində etmək lazımdır.

6. Limon və limon şirəsi

Limon həm dişləri ağardır, həm də damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Diş fırçasına diş məcunu sıxın, üzərinə 2-3 damcı limon şirəsi əlavə edin və dişlərinizi yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın.
Bir dilim limon götürüb dişlərinizə və damaqlarınıza sürtün və daha sonra ağzınızı yaxşı yaxalayın.

xoshbextqadin.az 





Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}