Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Rəngsiz xına üz dərinizi qüsursuz edəcək


 
Hamı bilir ki, xına saçları sağlam və möhkəm edir.

Lakin xına tək saçlar üçün deyil, üz dərisi üçün də çox xeyirlidir - dərini civzələrdən, sızanaqlardan əla təmizləyir, hamar, yumşaq edir, məsamələri kiçildir, dərinin rəngini yaxşılaşdırır, kiçik qırışları açır. 

Üz maskaları üçün yalnız rəngsiz xına istifadə olunmalıdır!

Rəngsiz xına ilə maskalar əsasən yağlı, problemli (üzərində sızanaqlar və civzələr olan) dəri üçün istifadə olunur. Xına dərini qurudur və bu səbəbdən quru dəri üçün istifadə etdikdə xınanı yarıbayarı su və zeytun və ya badam, itburnu, ərik yağı ilə qarışdırmaq lazımdır.

Üz dərisini təmizləyən maskalar:

- Xına isti qaynanmış suda həll olunur, yaxşı qarışdırılır (sıyıq kimi alınmalıdır), soyudulur və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı sərin su ilə yuyun.

- 2 xörək qaşığı kefir bir qədər qızdırılır, 1 xörək qaşığı xına ilə həmcins kütlə alınana kimi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı yuyun.

- Maska-pilinq (dərini ölü hüceyrələrdən, çirkdən təmizləyir, rəngini yaxşılaşdırır).

1-2 xörək qaşığı rəngsiz xına isti suda həll olunur, yaxşı qarışdırılır və ilıq halda üz dərisinə çəkilir. Maska tam quruyandan sonra (20-30 dəqiqə çəkir) üzünüzü bir qədər isladın və barmaqların ucları ilə dərinizi 1-2 dəqiqə ərzində yaxşı təmizləyin (skrab kimi). Daha sonra üzünüzü ilıq su ilə yuyun və krem çəkin. Bu maskadan sonra dəri təmiz, yumşaq və hamar olur.

xoshbextqadin.az





Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}