Ev şəraitində saçların təbii üsullarla düzləşdirilməsi yolları
- 24-05-2023, 14:05
- GÖZƏLLİK / Gözəl saçlar
- 0
- 2 704
Təbii üsullarla evdə saç düzləşdirməyin üsulları
Ev şəraitində təbii üsullarla saç düzləşdirmədə ən praktik üsul Hindistan qozu südü ilə edilən prosesdir. Bunun üçün bir stəkan hind qozu südünün içərisinə ¼ stəkan limon suyu əlavə edin.
Bu qarışımı soyumaq üçün soyuducuya qoyun. Soyuyan qarışımı soyuducudan çıxardıb krem halına gələnə qədər qarışdırın.
Bu qarışımı saçlarınıza yaxşı yeridin, daha sonra da saçlarınızı isti suya batırılmış dəsmalla bağlayıb bir az saxlayın. Daha sonra isə saçlarınızı uyğun şampun və ilıq su ilə yuyun.
Bu prosesi həftədə bir dəfə təkrar etməniz lazımdır. Nəticədə saçlarınız yumşaq, parlaq olacaq və onlara asanlıqla forma verə bilərsiniz.
Saç düzləşdirmənin asan yollarından biri də, saça isti yağlarla edilən masajdır. Saç qulluğunda istifadə etdiyiniz istənilən yağları bunun üçün istifadə edə bilərsiniz, xüsusilə də, zeytun yağı,hind qozu və jojoba yağı daha yaxşıdır.
Bu yağlardan birini uyğun olan istiliyə qədər isitməklazımdır.

Qaynayan suyun içərisinə qoyduğunuz ağzı bağlı plastik torbaya 2 x.q. yağı əlavə edin. Yağ yetərincə isindikdən sonra barmaq uclarınızla masaj edərək yağı saçınıza yeridin.
Sonra saçlarınızı bir dəsmalla bağlayın və təxminən 30 dəqiqə belə gözləyin. Sonda isə saçlarınızı bitki tərkibli ya da saç düzləşdirmək üçün olan şampunla yuyun. Bu prosesdən sonra da saçlarınız parlaq, yumşaq və sağlam olacaq.

Digər bir təbii üsul isə evdə saç düzləşdirmək üçün edəcəyiniz maskadır. Bu maska zeytun yağı və yumurta ilə edilir.
Kiçik bir qaba iki ədəd orta boylu yumurtanı və 1 x.q. zeytun yağını əlavə edib yaxşıca qarışdırın. Sonra saçlarınızı hissələrə ayırın.
Hər hissəyə bu qarışımdan fırça ilə çəkin və gümüşü falqa ilə sarıyın. Bu şəkildə 1 saat gözlədikdən sonra şampun və ilıq su iləyuyun. Nəticədə heç bir əlavə təsirə ehtiyac duymadan düz saçlara sahib olacaqsınız.
Düz saçlara sahib olmaq üçün düzgün maska və şampun seçimi
Təbii ki, evdə yağlarla, təbii məhsullarla edilən proseslər faydalıdır. Amma bu prosesləri düzgün seçilmiş şampunla sonlandıranda daha yaxşı nəticə verir.
Saçlarınızı düzləşdirərkən seçdiyiniz şampuna diqqət edin. Belə şampunların üzərində mütləq saç düzləştirmək üçün olan məhsul yazılır.
- Müəllif: Deniz