Qırışlar və dəri sallanmasına qarşı maska
- 25-09-2019, 17:24
- GÖZƏLLİK / Üz maskaları
- 0
- 6 884
Yaşlanma prosesində dəri yaşlanır,elatiklik və formasını tədricən itirir.
Sirliqadin.az sizə Türkiyə mətbuatına istinadən botoks effektli maskanın hazırlanmasını təqdim edir.
Xoşbəxtlikdən, iki sadə komponentin köməyi ilə qırışlar və sallanmış dərilər asanlıqla bərpa edilə bilər. Aşağıdakı təbii resept dərinizi gərməyə və cavanlaşdırmağa kömək edəcəkdir.
Dərini sıxma dərini gərməyə kömək edir və daha uzun müddətə daha gənc görünüş verir.
İlk komponenet yumurta ağdır. Yumurta çox faydalıdır və gərmə potensialına malikdir.
Digər tərəfdən, xiyar təbii olaraq dərini canlandırır. Bundan əlavə, onlar K və C vitamini kimi antioksidanlarla zəngindir, bu da dərinin və qırışların sallanma səbəbi olan sərbəst radikalları məhv edir.
Silika xiyarın ən əhəmiyyətli qatqısıdır və effektiv şəkildə dəstəkləyən toxumaların böyüməsini təmin edir və qırışları önləyir.
Hazırlıama üsulu:
Xiyarı soyun və yarıya bölün. Bir yarısını kiçik parçalara ayırın və bir qarışdırıcıya qoyun. Püresini hazırlamaq üçün onları orta sürətlə bir neçə dəqiqə qarışdırın.
Sonra bir qabda bir süzgəc qoyun və suyu boşaltmaq üçün bir qaşıq ilə xiyar püresini qaşıqla basaraq suyunu götürün. Yumurta ağını əlavə edin və yaxşı qarışdırın.
İstifadəsi:
Bu qarışığı cildinizin dartmaq istədiyiniz nahiyəsinə çəkin.15 dəqiqə gözləyin. Sonra soyuq su ilə yaxalayın.
Ən yaxşı nəticələr əldə etmək üçün həftədə 1-2 dəfə bu maskadan istifadə edin.
Sirliqadin.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.