Sızanaq, Qara Nöqtə və Ləkələr Üçün Çiyələk Maskası
- 6-05-2022, 13:40
- GÖZƏLLİK / Üz maskaları
- 0
- 2 275
Sirliqadın.az sızanaq, qara nöqtə və ləkələr üçün çiyələk maskalarını təqdim edir:
Ləkələr üçün çiyələk maskası:
2 çiyələk
1 qaşıq qatıq
1 qaşıq ağ gil
3 damla lavanta yağı
Ləkələr üçün 2-ci maska
2 çiyələyi əzib digər vəsaitlərlə qarışdırır və dərinizə sürtürsünüz.
Yarım saat gözlədikdən sonra ilıq suyla yumanız lazımdır.
Qısa müddətdə nəticə əldə etmək üçün ləkələr üçün çiyələk maskasını hər gün tətbiq etmək lazımdır.
Qara nöqtələr üçün çiyələk maskası
Dəridəki məsamələrdə meydana gələn qara nöqtələr cansıxıcı ola bilir. Çiyələkdə olan salisil turşu isə məsamələri təmizlədiyi bilinən bir maddədir.
1 qaşıq bal
Yarım qaşıq limon suyu
2-3 çiyələk
Çiyələkləri əzib digər vəsaitlər ilə qarışdırın. Üzə və xüsusilə qara nöqtəli bölgələrə sürtüb 3-5 dəqiqə masaj edərək peeling kimi ovun.
Ən sonda durulayın. Qara nöqtələr üçün çiyələk maskasını həftədə 1 dəfə tətbiq edə bilərsiniz.
Günəş qaynaqlı ləkələr üçün çiyələk maskası
4-5 çiyələk
1 qaşıq limon suyu
1 qaşıq qatıq
Çiyələkləri əzib yenə digər vəsaitlərlə qarışdırın. Bədəninizdəki və ya üzünüzdəki günəş ləkələrinə çiyələk maskası qarışığını sürtün.
15-20 dəqiqə qədər gözləyib yuyun. Həftədə 1-2 dəfə edə bilərsiniz.
Hər tərifdə olduğu kimi çiyələk maskası da allergik reaksiyaya səbəb ola bilər.
Qızarıqlıq, qaşıntı görsəniz dərhal dərinizi bol suyla durulayıp bir daha sınamamanızı təklif edirik.
Sirliqadin.az
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.